main-post-cover

    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple ümumi istifadə üçün müxtəlif məhsullar hazırlayır və satışa çıxardır. Təbii ki, ilk günlər bu məhsulları əldə etmək çətin olsada onların heç bir ekskülyuzivliyi yoxdur və istəyən hər kəs bu məhsulları ala bilər. Bununla yanaşı Kupertino şirkəti o qədər məhşurdurki kəs bu şirkətin unikal bir məhsulunu əldə etməyi xəyal edir. Bu cür məhsullar var lakin onları almaq demək olarki mümkün deyil. Lakin bizim hazırladığım bu məqalədə siz onlarla yaxından tanış ola biləcəksiniz:
     
    Toxunmuş Apple logosu
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    1983-cü ildə Apple əl ilə toxunmuş logo üzərində işləyirdi. Cəmi 25 belə logo hazırlandı və 350$-dan
     
    satışa çıxarıldı. Bu logolardan ikisini Jobs və Wozniak almışdı.
     
     
    TAM: Macintoshun 20 illiyi
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    1997-ci ildə Macintoshun 20 illiyinə həsr olunmuş TAM kompüteri satışa çıxdı. Bu Johnny İve-ın ilk işlərindən biri idi. Kompüter iki Bose dinamiki ilə təchiz olunmuşdu. O heç bir digər Apple kompüterində eşidə bilməyəcəyiniz unikal bir səslə işə düşürdü. TAM nə az nə çox düz 7499$-a satılırdı. 
     
    Apple IIGS "Woz Edition"
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    Şirkətin 10 illiyinə görə cəmi 50000 tirajla Steve Wozniakin şəxsi imzası ilə APPLE IIGS kompüterləri satışa çıxdı. Bu maşının sahibləri Apple-a məktub göndərib, cihazlarının həqiqi olması barədə sertifikat ala bilərdilər. Sertifikata Wozniak və digər 12 mühəndis imzasını atırdı.
     
    Apple aksesuarları 
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    1986-cı ildə Apple brendi altında bir neçə ev əşyaları satışa çıxartdı. The Apple Collection-a çətir, bıçaq, dəsmal, fincan və hətta saat daxil idi.
     
    Paltar seriyası
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    Həmçinin 1986-ci ildə siz hoody, köynək, polo və hətta uşaq paltarları ala bilərdiniz.
     
    Qızıl EarPods
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    Product RED xeyirxahlıq aksiyası zamanı satışa çıxan bu qulaqcıqlar 461 min dollara satılmışdı.
     
    Qızıl kəmərli Apple Watch
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    Şirkət limitli sayda qızıl kəmərli saatlarını təqdim etdi. Onları almaq olmaz lakin siz Beyonce-un, Kanye West-in əlində görə bilərsiniz.
     
    Product RED Mac Pro
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    2013-cü ildə İve qırmızı Mac Pro hazırladı. Və oda xeyirxahlıq aksiyası çərçivəsində 977 min dollara satıldı. Bu dünyanın ən bahalı kompüteridir. 
     
    iPod Special U2 Edition
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    Apple ilə əməkdaşlıqda olan U2 kollektivinin iştirakı ilə 4-cü nəsil qara-qırmızı korpusda iPod-lar hazırlandı. Qrup üzvlərinin imzaları iPod-un arxasına həkk olunmuşdu
     
    Tim Kuk-un Apple Watch-u
     
    Apple-ın limitli sayda hazırladığı 10 ekskülyuziv məhsul
     
    Siz bu saata yalnız Tim Kuk onu sizə hədiyyə etsə sahib ola bilərsiniz. Dünyada bu saatdan cəmi bir ədəddir. Digərlərindən fərqi isə saatın düyməsinin qırmızı rəng olmasıdır. 
    Linki kopyala