main-post-cover

    Apple-ın tarixi - Şriftlərdə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple bildiyimiz kimi öz cihazlarının ən xırda detallarına belə böyük diqqət göstərir. Ona görə də təəccüblü deyilki Apple yarandığı gündən bu yana dəfələrcə öz standart şriftini dəyişmiş və zamanla ayaqlaşmağa çalışmışdır. Bəs bu şriftlər hansılar idi? Gəlin birlikdə tanış olaq
     
    logo1
     
    Gəlin şirkətin ən vacib simvolu olan loqotipdən başlayaq. Yəginki bu gün dişlənmiş ağ alma loqosunu tanımayan yoxdur. Apple ilk komputerini (Macintosh) "Apple Computer Inc" loqosu altında satışa çıxartmışdı. Şrift olaraq isə "Motter Tektura"-dən istifadə olunurdu. 
    font1
     
     
    Daha bir tarixi şrfit isə 1977-ci ildə Tony Stan tərəfindən kəşf olunmuş Apple Garamond şriftidir. Məhz bu şriftlə şirkətin xeyli sloqanı həmçinin hamının tanıdığı "Think Different" sloqanı yazılıb. 
    logo3
     
    2002-ci ildə Apple daha bir yeni şriftdən istifadə etməyə başladı. Adobe şirkəti üçün xüsusi hazırlanan "Myriad" şriftini Apple bir qədər dəyişdirib cihazlarının qutularında istifadəyə edirdi.
    font2
     
    5 il sonra iPhone-nun işıq üzü görməsi ilə Apple özünün ən məhşur şrifti "Helvetica"-nı təqdim edir. Məhz bu şrift bu yaxınlara qədər bütün iOS cihazlarda istifadə olunurdu. 2013-cu ildə şrifti iOS 7-yə uyğunlaşdırıb çox nazik etdilər. Yosemite sayəsində bu şrift 2014-cü ildə OS X-ada qonaq oldu. 
    font3
     
    Apple Watch-un təqdimi ilə Apple özünün bütün cihazlarındakı şrifti daha müasir "San Francisco" şrifti ilə əvəz etdi. 
    font4
     



    Linki kopyala