"Apple", oğurlanmış iCloud hesabları barədə açıqlama verdi
Elm & Texnologiya
07.05.2017
Brilyant Rasulova
"Apple” şirkəti, 599 milyon iCloud hesabının hack olunması xəbərini təkzib edib.
Qeyd edək ki, dünən Turkish Crime Family adlı hacker
qruplaşması, bir çox iCloud hesablarına sahib olduğunu bildirmişdi. Hackerlər,
şirkətin onlara 7 Aprel tarixinə kimi 75.000 dollar dəyərində bitcoin ödəməyəcəyi
təqdirdə həmin hesabları siləcəklərini bildirmişdilər. "Apple” şirkəti, sözügedən
məlumatın yalan olduğunu bildirməsə də, öz servislərindən hansısa birinin hack
olunmadığını və güman olunan hesabların digər şirkət servislərinə aid
olduqlarını qeyd edib. Görünür şirkət, istifadəçilərin, eyni məlumatlarla bir
çox servislərə daxil olduqlarına işarə edib. Məlumata əsasən bir çox hackerlər,
daha əvvəllər sızdırılmış məlumatlardan digər servislərə daxil olmaq üçün
istifadə edirlər. "Apple” hər ehtimala qarşı daha qəliz şifrələrdən və ikiqat təhlükəsizlik
sistemindən istifadəni, istifadəçilərə məsləhət görüb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Superkompüter bəşəriyyətin nə vaxt yox olacağını proqnozlaşdırıb!
Instagram-da sirli Stories-lərin yaradılması funksiyası istifadəyə verilib