"Apple", "Qualcomm"a 1 milyard dollarlıq təzminat davası açdı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple”-dan "Qualcomm”-a 1 milyard dollarlıq təzminat davası.
"Apple”,
prosessor istehsalçısı "Qualcomm”dan tam
1 milyard dollar təzminat tələb etdi. "Qualcomm”, ötən həftənin əvvəlində
ABŞ-da istehlakçı haqlarının qorunması vəzifəsini icra edən Federal Ticarət Komissiyası(Federal Trade Commission) tərəfindən məhkəməyə verildi. Bunun ardından "Apple”
da hərəkətə keçərək bu ictimai məhkəmə davasının üstünə birdə təzminat tələb
etdi. "Apple”ın, "Qualcomm”la bağlı şikayəti, ödənilən lisenziya məbləğləri ilə
əlaqəlidir. "Apple”a görə "Qualcomm”, lisenziya məbləği üçün ondan tələb etdiyi rəqəmlər, onun digər
firmalardan tələb etdiyi lisenziya məbləğindən 5 qat daha bahadır. Bu tələblərə
üsyan edən "Apple” isə bu
mövzunu məhkəməyə aparmağa hazırdı.
"Qualcomm”
həm istehlakçı haqqlarını pozduğu üçün Federal Ticarət Komissiyası tərəfindən məhkəmə
verilən işi səbəbindən həm də "Apple”dan
gələn bu zərbə ilə çətin vəziyyətdə qalacaq kimi görünür . San Dieqo mərkəzli "Qualcomm”,
"Apple” üçün çip tədarükündə özünü tək şirkət mövqeyinə gətirdiyini və "Apple”ın
digər çip istehsalçılarıyla razılaşmaması üçün rəqabətə mane olan bəzi addımlar
atmaqla ittiham edilmişdi. Məhkəmə işi hələlik ABŞ-da açılsa da, rəqabətə mane
olmaqla bağlı mövzuda "Qualcomm”un Cənubi Koreya və Çin kimi ölkələrdə davam edən
bənzər məhkəmə işləri var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək