
"Apple", "Samsung" ilə əməkdaşlıqdan imtina etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Samsung” şirkəti vacib qərar qəbul edib.
Belə ki, "Apple” şirkətindən sifarişlərin olmadığı üçün "Samsung”,
prosessorlar istehsalını yenidən qurmağa qərar verib. "Apple” şirkəti isə öz
növbəsində "TSMC”ni seçib. "Samsung”, prosessor istehsalını tamamilə ayırmağı
düşünür. Şirkət bunun üçün hətta ayrı bir struktur da yarada bilər. Hal-hazırda
"Samsung”un çiplər ilə bağlı 4 şöbəsi var. Mobil prosessorların istehsalı,
kamera və ekranlar üçün çiplərin istehsalı, müştərilərin texniki dəstəyi və
mikrosxemlərin istehsalı. İstehsalatın yenidən qurulmasının hesabına şirkət,
yeni şöbənin artımını və alt şöbələrin idarəedilməsinin yüksəldilməsini
planlaşdırır. Lakin bütün bunlara baxmayaraq "Apple”ın tamamilə "Samsung”dan
imtina edəcəyi hələki bilinmir. Gələcəkdə şirkətlər yenidən əməkdaşlıq edə bilərlər.
Linki kopyala
Həftənin xəbərləri

