main-post-cover

    "Apple", səsgücləndiriciyə çevrilə bilən qulaqlıqların patentini alıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər bir qulaqlıqların əsas özəlliklərindən biri onların səsizolyasiyalarıdır.

    Lakin təəssüflər olsun ki, istehsalçılar çox zaman bu özəlliyə önəm yetirmirlər. Nəticə etibarı ilə insanlar kənar səslərin də iştirakı ilə musiqiyə qulaq asırlar. Görünür "Apple” şirkəti bu vəziyyəti daha da pisləşdirmək istəyir. Məsələ burasındadır ki, şirkət, xüsusi ikirejimli qulaqlıqların patentini əldə edib. İstifadəçi istədiyi vaxt onları adi qulaqlıqlar kimi və ya səsgücləndiricilər kimi istifadə edə biləcək. Səsgücləndiricilər çox adamlar da olmur. Lakin qulaqlıqlar hamıda mövcuddur. "Apple”ın fikrincə sözügedən qulaqlıq, daha gur tərzdə musiqiyə qulaq asmaq üçün yaxşı portativ cihaz ola bilər. Şirkət tərəfindən patentləşdirilmiş cihaz, iki fərqli hissədən ibarətdir. Həmin iki hissə isə öz yerdəyişməsindən asılı olaraq səs siqnalının çıxış mənbəyini dəyişə bilir. Xüsusi sensorlar müəyyən edəcəklər ki, qulaqlıqlar həqiqətən də qulaqda yerləşir yoxsa yox. İstifadəçi, qulaqlığı taxdığı halda standart səs rejimi, çıxartdığı halda isə daha güclü səsgücləndirici rejimə keçid edir. Bundan əlavə olaraq istifadəçi özü düymələrin vasitəsilə bu iki rejim arasında keçidi reallaşdıra bilər. Sözügedən patentin reallaşdırılması barəsində isə hələki heç bir məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər