Reklam
"Apple" şirkəti haqda bilinməyən maraqlı faktlar

"Apple" şirkəti haqda bilinməyən maraqlı faktlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir çoxlarının sevərək istifadə etdiyi Apple brendi haqda məlumatlar hər zaman insanların marağını cəlb edib. Amma sevərək istifadə etdiyiniz bu brend haqda nə qədər məlumatlısınız? Sizləri Apple haqda bilmədiyiniz bəzi maraqlı məlumatlarla tanış edəcəyik.

1. "Apple”-ın bazar dəyəri 700 milyard dollar təşkil edir və il sonunda bu rəqəmin 750 milyard dollar olması gözlənilir. Ən böyük rəqiblərindən olan "Microsoft”un bazar payı isə 350 milyard dollar təşkil edir.

2. "Apple” ilə "Samsung” arasında hər zaman çəkişmələr olsa da, işin maraqlı tərəfi iPad-lərin retina ekranları "Samsung” şirkəti tərəfindən hazırlanır.


3. Apple cihazlarının olduğu yerdə siqaret çəkirsinizsə, bu, məhsula görə verilən qaranti müddətini keçərsiz edir.

4. Apple məhsullarının gizliliyini qorumaq üçün polis təşkilatı belə fəaliyyət göstərir. Bir sızıntı olduğu ortaya çıxarsa, bütün telefon, planşet və kompüterlərdə skan edilir. 2011-ci ildə təşkilat San Fransisko Polisi kimi özünü təqdim edərək sızıntının qaynaqlandığı bir evə basqın etmişdi. Bu təşkilatın FBI kimi işlədiyini desək yəqin ki, razılaşarsınız.

5. "Apple”ın hesabındakı vəsaitin 145 milyon dolları ABŞ-dan kənarda yerləşən banklarda saxlanılır.

6. "Apple”ın simvolu olaraq tanınan almanın "Adəm və Həvva haqda hadisədən” qaynaqlandığı da vurğulanır. Simvolun Adəmin dişlədiyi alma olduğu versiyası üstünlük təşkil edir.

7. "Apple” simvolu Qızıl nisbət qaydasına görə qüsursuz həndəsi dizaynı mövcuddur. Bu dizayn Leonardo da Vinci-dən ilham alınaraq çəkilmişdi.


8. 2012-ci ildə Apple hər gün 340.000 iPhone satıb.

9. Apple-ın ilk qurucularından olan Ronald Veyn (Ronald Wayne) şirkətin ilk logosunu tərtib etmiş və bir müddət sonra hissələrini 800$-a satmışdı. İndi isə həmin hissənin pay dəyəri 30 milyard dollardır.


10. Apple-ın dijital assistantı Siri soruşduğunuz hər sualı Apple-a çatdırır.

11. Braziliyada iPhone-un qiyməti Amerikadakından 2dəfə bahadır.

12. Hər yeni iPhone təqdimatı edilərkən, təqdimat zamanı istifadə olunan telefonlarda saat 9:41-ə qurulur. Səbəbi isə Stiv Cobs (Steve Jobs) ilk dəfə iPhone-u tanıdarkən saatın məhz 9:41 olması idi.


13. 2014-cü ildə "Apple”ın qazancı Amazon, Facebook və Google-un toplam qazancından çox olub.

14. Apple Store-da işə girmək Harvard universitetinə girməkdən çətindir.


15. Macbook-un batareyası güllə keçirməzdi.

Bu məlumatların gerçəklik payı haqda tam məlumatımız olmasa da, deyə bilərik ki, toplanan bu faktlar etibarlı mənbələrdən alınıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×