Apple şirkətinin işə qəbul zamanı verdiyi 31 qəribə sual!

TEXNOLOGİYA


08.05.2017 0 PAYLAŞIM 8382 OXUNMA

TECHNOTE @technote TECHNOTE logo icon

Məşhur firmalar daim özlərinin qəribə müsahibə sualları ilə fərqlənirlər. Bəzən düşündürücü, bəzən də mənasız görünən bir çox suallar verirlər. Təbii ki, işə qəbul olmaq bu suallara verilən cavablardan asılıdır. Hər nə qədər CV profili yaxşı olsa da, hazırda müsahibə mərhələsi böyük önəm kəsb edir. Bu dəfə sizə Apple şirkətinin işə qəbul zamanı verdiyi sualları sizə təqdim edirik. Toplam 31 sual olan müsahibədən sonra işə qəbul haqqında qərar olur. Həmin suallar bunlardır:
 
1. DJ-lərin istifadə etdiyi aparat üzərinə bir stəkan su qoysanız ilk olaraq nə baş verər? -Stəkan sürüşər, Stəkan aşar, yoxsa stəkandan su sıçrayar?
2. Ən yaxın dostunuz kimdir?
3. Qarşılaşdığınız ən qəribə problem nədir və bunu necə həll etmisiniz?
4. 8 yaşı olan bir uşağa modemin nə olduğunu və hansı özəlliklərə sahib olduğunu necə başa salarsınız?
5. Dünyada hər gün neçə uşaq doğulur?
6. Masanın üzərində 100 ədəd dəmir pul var. Bu pulların 10 ədədinin yazı üzü yuxarıya doğru baxır, 90 ədədinin isə şəkil üzü yuxarı baxır. Siz bu pulların necə durduğunu görmürsünüz. Sizdən istədiyimiz şey, bu pulları 2 qrupa ayırıb, hər iki tərəfdə eyni sayda yazı olmasını təmin etməkdir.
7. Bizə biraz özünüzdən bəhs edin. Nələr sizi həyəcanlandırır?
8. Əgər sizi işə qəbul etsək, hansı mövzularda işləmək istəyirsiniz?
9. Qarşınızda 3 qutu var. Bu qutuların birində sadəcə alma, birində sadəcə portağal, digərində isə alma və portağal birlikdədir. Bu qutuların etiketləri səhv yapışdırılıb. İxtiyari bir qutunu açıb baxmadan meyvə götürməklə neçə dəqiqə ərzində düz etiketləri yapışdıra bilərsiniz?
10. İşlədiyiniz bir Apple mağazasında müştəri 20 dəqiqədir gözləyir və mübahisə çıxarmaq üzrədir. Siz yaxınlaşdıqda isə başqa mağazadan daha yaxşı kompyuter ala biləcəyini deyən müştərini necə razı sala bilərsiniz?
11. Sizə bu qələmin mahiyyəti nədir?
12. Bir müştəri zəng edib köhnə cihazı ilə bağlı sual verdikdə və siz bu cihaz haqqında çox məlumata sahib olmasanız necə davranarsınız?
13. Ağıllısınız?
14. Səhvləriniz nələrdir və onlardan necə dərs çıxarırsınız?
15. Bir müdirinizin fikri və qərarı ilə tərs düşdüyünüz olubmu? Olubsa bu vəziyyəti necə həll etdiyinizi detallı şəkildə izah edin.
16. Əlinizdə 2 yumurta olduğunu düşünün və bu yumurtaları qırmadan maksimum neçənci mərtəbədən atsanız qırılmaz? Bunu ən optimal yolla necə hesablaya bilərsiniz?
17. Həyatınızda qürar duyaraq etdiyiniz şeylər varmı?
18. Sizi niyə işə götürək?
19. Yaradıcı birisiniz? Yaradıcı olaraq düşündüyünüz bir şey etmisinizmi?
20. Pərt olduğunuz bir təcrübə varmı?
21. Bir müştərinin problemini həll etməkmi, yoxsa yaxşı müştəri təcrübəsi təqdim etməkmi önəmlidir?
22. Apple, "Apple İncorporated " adını niyə "Apple İnc " olaraq dəyişib?
23. Çox pozitiv görünürsünüz. Sizə mənfi təsir edən şeylər nələrdir?
24. Bir müştəriyə sadəcə səsinizdən istifadə etməklə kömək edə biləcəyinizi deməyinizi burada bizə canlı göstərə bilərsiniz?
25. Sizi bü gün bura gətirən şey nədir?
26. Son 4 ildə keçirdiyiniz ən yaxşı və ən pis günləriniz hansılardır?
27. AppleStore 'a gələndə ilk diqqətinizi çəkən nə oldu?
28. Niyə Apple şirkətində iş istəyirsiniz? Əgər burada işə başlasanız sahib olduğunuz işdə nələri itirəcəksiniz?
29. Sevimli proqramları necə test edirsiniz?
30. Növbəti 5 il ərzində nə planlaşdırırsınız?
31. Bir tosteri necə test edərsiniz?
 
Suallar çox qəribə və mənasız görünsədə, bu suallara məntiqli və düzgün ifadələrlə cavab verənlər daim uğur qazanıb. Apple bu sualları verməklə, əslində sualların dəqiq cavabını istəmir. Sadəcə vəziyyətdən necə çıxdığınızı, gələcəkdə şirkətdəki pozisiyanızda necə uğurlu olacağınızı ilk görüşdən təxmin edir. Bir gün Apple şirkətinə müsahibəyə getsəniz, bu suallara özünüzü hazırlayın :)