main-post-cover

    "Apple", "Snapchat"a rəqib olacaq tətbiq hazırlayır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir müddət əvvəl "Apple", WWDC 2016 tədbirində iOS 10 ilə birlikdə iMessenger-i, Snapchat-a bənzər bir tətbiqlə yeniləyəcəyini açıqlamışdı. Yəqin ki, artıq şirkətin təqdim etdiyi iMessenger bir başlanğıc idi və artıq "Apple" günün tələblərinə uyğun tətbiqlər istifadəyə verməyə hazırlaşır. Bloomberg nümayəndəsi Mark Qurmanın (Mark Gurman) xəbərinə görə Apple, Snapchat-ə bənzər bir tətbiq üzərində işlər aparır. Məlumata görə, "Apple"ın yeni tətbiqi, istifadəçilərə Snapchat-da olduğu kimi video çəkmək, filtrlər və illustrasiyalar əlavə etmək imkanı yaradacaq. Tətbiqin paylaşım əsaslı olduğu və Facebook, Twitter, Instagram kimi sosial media platformaları ilə birbaşa əlaqəyə icazə verəcəyi də qeyd edilir. Hələki sınaq mərhələsində olan tətbiqin, videonun hazırlanmasından paylaşımına qədər keçən vaxtı 1 dəqiqədən belə aşağı endirməsi gözlənilir.
     
    Layihənin iMovieFinalCutPro tətbiqlərini hazırlayan komanda tərəfindən həyata keçirildiyi bildirilir. "Apple"ın hətta bir müddətdir Joe Weil ilə bu layihədə işlədiyi qeyd edilir. Joe Weil rejissor və prodüsserdir. Xəbərə görə, "Apple" bu tətbiqi Apple Store-da təqdim etməyi planlaşdırır. Məlumata əsasən, "Apple"ın əsas hədəfi kontaktlar (telefon kitabçası) arasında paylaşım və bağlantını daha da inkişaf etdirməkdir. Şirkətin tətbiqi gələn il təqdim etməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər