main-post-cover

    "Apple" sosial şəbəkədə rəsmi hesab açdı. Səbəb nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Heç bir sosial şəbəkədə rəsmi hesabı olmayan "Apple", Twitterdə özünün ilk rəsmi hesabını açıb.
    Hər zaman çıxardığı məhsullarda öz unikallığını ortaya qoyan "Apple” şirkəti, digər xüsusilikləri ilə də hər zaman seçilməyi bacarıb. Məsələn, şirkət hər yeni məhsul təqdimatında yüksək tələb görməyi bacara bilib. Hətta bir çox "Apple" sevərlər şirkətin ilk məhsuluna sahib olmaq üçün saatlarca növbədə gözləyiblər. Nə qədər gülməli olsa da ilk məhsulu almaq üçün çadır salıb mağazanın qarşısında qalanlar belə olub. Bu qədər çox tələb olmasına baxmayaraq, bu vaxta qədər "Apple"ın heç bir sosial şəbəkədə rəsmi hesabı olmayıb. Amma artıq həvəslə gözlənən iPhone çıxışından əvvəl "Apple" yeniliyə imza atıb və Twitter-də özünə hesab açıb. Qısa müddət ərzində çoxlu sayda izləyici toplamağı bacaran şirkət səhifəsinin linkinə burdan daxil ola bilərsiniz.
     
    Hələ ki, heç bir paylaşım etməyən şirkətin qısa zamanda bu qədər izləyici toplaması "Apple"ın yeni tanıtım mərasiminə yüksək marağın olacağından xəbər verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər