

Apple Store işçiləri Apple’ın utanc verici və təhqiredici siyasət yürütdüyü iddialarıyla 2013-cü ildə şirkəti məhkəməyə vermişdi və o məhkəmə artıq qərar qəbul edib. Francisco federal məhkəməsi tərəfindən verilən qərarda Apple’ın işçilərə hər hansı bir təzminat verməsinin lazım olmadığı bildirilib.
San Francisco’dakı 52 Apple Store mağazasında köhnə və yeni 12.400 işçini əhatə edən məhkəmə işində Apple işçiləri istirahət saatlarında və ya yemək vaxtında alçaldıcı təhlükəsizlik axtarışları sırasında keçən 10-15 dəqiqəlik zaman üçün əlavə maaş ödənməsini tələb edirdilər.
Apple Store işçiləri tərəfindən verilən ifadələrdə qeyd olunur ki, çanta axtarışları müştərilərin gözü önündə aparılır və bu durum onları cinayətkar kimi təqdim edirdi, başqa sözlə bu prosesin təhqir və alçaldıcı siyasət olduğu qeyd olunur.
Ancaq məhkəmə Apple’ın bel çantası və ya başqa çantalarla işə gələn işçilərə axtarış zamanı sərf olunan 10-15 dəqiqəlik zaman üçün heç bir məbləğ ödənməyəcəyini açıqladı.
Əgər məhkəmə işçilərin lehinə olsaydı Apple 60 milyon dollara qədər təzminat ödəməli olacaqdı. Apple Store işçiləri bu qərardan narazı qalıblar və onların vəkili Lee Shalov Francisco federal məhkəməsi tərəfindən verilən bu qərarla razılaşmadıqlarını və işi daha da irəlilədəcəklərini deyib.
Şərh yoxdur