main-post-cover

    "Apple", Trump-ın xəbərdarlıqlarından sonra məcburən ABŞ-da istehsala başlayacaq mı?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni prezident Trump-ın "Apple”a istehsalını ABŞ-a köçürtməyi təklif etməsinin ardından Tim Cook, ”iPhone”ları ABŞ-da istehsal etmək üçün bir üsul tapmış ola bilər.

    Trump, seçki kampaniyası ərzində xüsusilə "Texnologiya” şirkətlərinə istehsallarını ABŞ-da reallaşdırmaları barədə "xəbərdarlıq" etmişdi.
    Prezident seçildikdən sonra da bu sözlərinin arxasında durcağını söyləmişdi. İndidən həm texnologiya həm də avtomobil şirkətləri, müxtəlif məhsullarının istehsalını ABŞ-a köçürtmək üçün hazırlıqlara başlayıblar.
    Ancaq ən çox göz qarşısında olan şirkət, "Apple”-dan bugünə qədər səs yox idi. Hətta Apple-ın Hindistan-da istehsala başlamaq üçün Hind hökuməti ilə razılıq əldə etdiyi xəbərləri gəlirdi.
    Lakin indi "iPhone”ların "vendor” şirkət istehsalçısı "Foxconn”-un 2016-cı ilin Fevralında 6.2 milyard dollar ödəyərək satın aldığı "Sharp”-ın ABŞ-da "LCD” fabriki quracağı məlumatı mediaya sızdırıldı.

    OLED ekranlar ABŞ-da istehsal ediləcək

    Apple, 2017-ci ildə "Samsung”-dan 100 milyon ədəd "OLED” ekranı satın alaraq "OLED”-li iPhone istehsal etməyi planlaşdırır, ancaq 2018 və sonrasında bu ekranları rəqibindən satın almaq yerinə öz vendor firmasında istehsal etmək istəyir.
    "Foxconn”-un "Sharp” markasının ABŞ-da açacağı ekran fabriki ilə ABŞ-da çox sayda yeni iş imkanları yaradacağı və bunun Trump-ı məmnun edəcəyi düşünülür.
    Tim Cook-un isə Foxconn-dan, yeni investisiyalarını ABŞ-a etməsini və iPhone istehsalının bir miqdarını ABŞ-a köçürtməsini tələb etdiyi söylənilir.
    Beləliklə Apple, 2018 və sonrasında iPhone-ların əhəmiyyətli bir qismini ABŞ-da istehsal etməyə başlayacaq və bununla da Trump ilə əlaqəsini pozmamış olacaq. Bəs bu fəaliyyət iPhone-ların qiymətinə necə təsir edəcək?
    ABŞ-da işçi ödənişləri Çin-dən çox daha bahadır ancaq Apple-ın ekranları Samsung-dan satın almaq yerinə Foxconn-un fabrikindən satın alması daha aşağı xərclə reallaşacağı üçün qiymətlərin eyni səviyyədə qalacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər