"Apple" üçün əyilə bilən ekranları istehsal edəcək şirkətin adı bəlli oldu

"Apple" üçün əyilə bilən ekranları istehsal edəcək şirkətin adı bəlli oldu

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"LG Display” şirkəti, "Apple” üçün əyilə bilən ekranlar istehsal edəcək.

Bundan əlavə məlum olub ki, siyahıda "Apple”dan başqa həmdə "Google” və "Microsoft” da var. Sözügedən şirkətlər üçün əyilə bilən ekran istehsalındakı rəqabət "LG Display” ilə "Samsung” şirkətləri arasında aparılıb. Lakin nəticə etibarilə müqavilənin məhz "LG Display” ilə bağlanacağı məlum olub. Məlumata əsasən "LG” artıq əyilə bilən ekranın işlək prototipinə sahibdir. Mütəxəssislər həmin prototipin keyfiyyətini çox yüksək qiymətləndiriblər. Həmçinin məlumat var ki, "LG” ilə "Samsung”, yeni nəsil əyilə bilən ekranların istehsalına ümumilikdə 11.6 milyard dollar vəsait yatırıblar. Güman olunur ki, artıq 2018-ci ildə ilk OLED ekranlı iPhone-lar təqdim olunacaq. Onların, əyilə bilən ekranlara sahib olacaqları ehtimalı da yüksəkdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×