main-post-cover

    Apple Watch həyat xilas etdi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Müasir dövrdə texnologiyanın sürətli inkişafı texnolji məhsulların həyatımıza inteqrasiya etməsindən yəqin ki, hamımız xəbərdarıq. Doğrudur, bir sıra zərərləri ilə yanaşı faydalı xüsusiyyətləridə sadalamaqla bitməyəcək dərəcədə çoxdur. Bir çox mənbələrdə iPhon-un həyat xilas etdiyini eşitmişik lakin bu bəzən təmamilə təsadüf nəticəsində baş verirdi. Məsələn: silahdan açılan atəşin təsadüfən cibdə iPhone-a tuş gəlməsi kimi. Amerikada baş verən növbəti hadisə isə digər həyat xilasetmələrdən fərlqlənir. Əsas fərq ondan ibarətdir ki, burada söhbət texnoloji məhsulun yəni Apple Watch-un funksianallığı sayəsində baş vermişdir yəni təsadüfi hadisə deyil. Vircinyada yaşayan Ken Robson adlı 64 yaşlı ağsaqqal oğlunu ziyarət etmək qərarına gəlir, lakin ziyarət əsnasında özünü yaxşı hiss etmədiyindən dərhal ağıllı saatından istifadə edərək ürək atışlarının ritmini yoxlayır. Nəticələr elədə xoş deyil , Apple Watch nəticəni çox aşağı göstərirdi. Fələklə mübarizəsi başlayan Robsonun əzraili elədə uzada deyildi. Dərhal həkimlərə xəbər verən Robson müdaxilələr nəticəsində əvvəlki vəziyyətinə qayıdır. Açıqlamasında Robson qeyd edir ki, " əslində mənim ağıllı saatımda belə bir funksiyanın olmaması mənim ölmümə belə yol aça bilərdi. Bu funksiyadan istifadə etdiyim üçün və bir Apple Watch-a sahib olduğum üçün çox xoşbəxtəm". 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər