"Apple" Yeni ilə həsr etdiyi reklam çarxını təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Yeni
il yaxınlaşdıqca şirkətlər xüsusi kampaniyalara start verirlər. Apple isə daha fərqli
formada yeni ilə həsr etdiyi reklam çarxını yayımlayıb. Reklam çarxı "Open Your
Heart To Everyone” adlanır. Burda Frankenşteyni aktyor Brad Garrett ifa edir. Reklamda
bədheybət gizli bir məktub alır və şəhərə getməyə qərar verir. Şəhər meydanına
düşən Frankenşteyn çoxlu sayda insanın diqqətini üzərinə toplayır. Belə olan
halda o, öz iPhone-nu açaraq oxumağa başlayır.
"Biz
ilin bu vaxtında məhsullarımızdan daha çox müştərilərimizə çatdırdığımız
mesajlara üstünlük veririk” - deyə şirkətin marketinq şöbəsinin başçısı Thor
Mirren bildirib. Həmçinin o bildirib ki, "Biz istəyirik ki, siz həyatda ən vacib
şeylər haqda düşünəsiniz. Ona görə də reklam çarxı "Open
Your Heart To Everyone” adlanır.”
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ