main-post-cover

    "Apple", yeni model telefonlarında təqdim edəcəyi 3D foto texnologiyası üçün "LG" ilə çalışacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple”, ağıllı telefon bazarında hər zaman ön cərgədə yer alsa da rəqabətdən də geri qalmır. Buna baxmayaraq şirkət bəzi telefon hissələrinin hazırlanmasında rəqibləri ilə əməkdaşlıq edir.

    "Apple” yeni təqdim edəcəyi ağıllı telefonlarda yer alacaq 3D foto texnologiyası üçün "LG” ilə əməkdaşlıq edəcək. Xatıradaq ki, bundan əvvəl şirkət bəzi telefon hissələrinin hazırlanmasında "Samsung”dan köməklik alırdı.
    "Apple” hər zaman dizaynla bərabər telefona yeni funksiyaların da əlavə olunması ənənəsini özündə saxlayan bir marka olmağı və bu kimi yenilikləri telefon bazarına gətirməyi adət halına gətirib. Qeyd etmək yerinə düşər ki, ağıllı telefonlarda iki arxa kameranın yer alması da Apple üçün bir ilk idi. Doğrudur bundan əvvəl bəzi yeniliklər edən ağıllı telefon istehsalçıları var. Amma "Apple” bir dünya markası olduğu üçün hətta kiçik dəyişikliklər belə onun önə çıxarmasına imkan yaradır.

    The Korea Economic Daily-nin məlumatına görə "Apple” artıq yeni telefon modellərinin foto texnologiyasında "LG” ilə birlikdə çalışacaq. Xəbərdə verilən məlumata görə "Apple” öz istifadəçilərinə yeni 3D foto çəkməyə imkan verən ağıllı telefon təqdim etmək niyyətindədir. "LG” isə bu sahədə olduqca tanınan şirkət olduğu üçün "Apple”ın məhz bu şirkəti seçməsi təsadüfi xarakter daşımır.
    Ümid edirik ki, yeni texnologiya "Apple” modelləri üçün daha bir fərqi ortaya qoya biləcək.
    Linki kopyala