Samsung Galaxy S7 reklamlarının gündəmdə olduğu bu günlərdə Apple\'dan cavab gecikmədi. Şirkət, yeni iPhone 6S reklamını yayımlayıb.
Apple, Cookie Monster\'ı qonaq etdiyi Timer adlı yeni reklamında səsli asistent Siri\'ni ön plana çıxardıb. Reklamda "Hey Siri" əmri ilə oyanan Siri\'nin uzaqdan idarə edilə bilməsi vurğulanıb.
Bütün iPhone modellerində Siri olsa da, cihazın enerji yığmadığı vaxtlarda "Hey Siri" əmrinə cavab verməsi sadəcə iPhone 6S və iPhone 6S Plus modellərində mümkündür.
Reklamda da Cookie Monster\'ın əl ilə toxunmadan Siri\'dən kömək istəməsi ön plana çıxarılıb. Cookie Monster\'ın hər dediyini düzgün başa düşən Siri, onun bütün istəkləri yerinə yetirir.
Həmin reklamı sizlərə təqdim edirik. Buyrun izləyin:
Şərh yoxdur