
Apple yenilənmiş iOS-da "SOS" funksiyasını təqdim edəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple”, iOS-da təqdim etdiyi yenilikdə yeni funksiya təqdim etməyi fikirləşir. Yeni funksiya isə "SOS” adlanır.
"Apple”, iPhone sahiblərinin təcili
hallarda istifadəsi üçün son dərəcə yararlı yeni xüsusiyyət təqdim edib. Yeni xüsusiyyət "SOS”adlanır və adından da məlum olduğu kimi təcili yardım çağırışı etmək üçün nəzərdə
tutulur. Yeni xüsusiyyət daha asan şəkildə təcili yardım çağırışına şərait
yaradır.
Yenilənmiş iOS yenilənməsi nəticəsində
istifadəçilər SOS üçün nəzərdə tutulmuş düyməyə 5 dəfə ard-arda basdıqda o
zaman təcili yardım çağırışı həyata keçirilir. Əgər istifadəçi bu düyməni bilmədən
istifadə edərsə, təcili yardımı təxirə salmaq üçün ona müəyyən vaxt da verilir.
Bu funksiya ilk olaraq Amerika, Avstraliya,
Belçika, Braziliya, Kanada, Çin, Fransa, Honk Konq, Hindistan, İtaliya,
Yaponiya, Rusiya, İspaniya və Birləşmiş Krallıqda istifadəyə veriləcək. Digər
ölkələrdə isə bu funksiyanın irəliləyən günlərdə təqdim olunması gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri

