Apple 'dan Azərbaycana gözlənilməz qadağa! Bütün iPhone 'lar geri çağırılır

Apple 'dan Azərbaycana gözlənilməz qadağa! Bütün iPhone 'lar geri çağırılır

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple\'ın rəsmi bloqunda bugün yerləşdirilən yazıya görə, iPhone məhsullarının satışı bir neçə ölkədə dayandırılıb.

Həmin ölkələr arasında Azərbaycan da mövcuddur. Məhsulların satışının dayandırılmasına səbəb bəzi ölkələrdə Apple cihazlarının kommersiya məqsədilə dəyərindən çox baha satılmasıdır. Belə ki, bəzi ölkələrdə cihazın qiyməti onun standart gəlir qiymətindən belə çox olur. Apple tərəfi isə belə bir halda bu ölkələrə heç bir halda satış etməyəcəyi və bazarda olan bütün məhsullarını geri çağırdığını bildirib.
 
Bundan əlavə Apple-ın belə bir addım atmasına səbəb Azərbaycanda olan əhalinin əksəriyyətinin iPhoneları kredit ilə alması və ölkədə məhsulların çox baha satılmasıdır. Kredit ilə alınan bütün məhsulların sonda ümumi dəyəri isə astronomik bir rəqəmə gəlib çıxır. Apple istifadəçi məmnuniyyətini təmin etmək üçün öz satışları zamanı bu tip halları əvvəldən düşünür və qiymət strategiyasını ona uyğun tənzimləyir. Xatırlayırsınızsa, Apple cihazlarını Amerikada xüsusi bir operator abunəliyində istifadəçilərə unikal məbləğdə təqdim olunur. Hətta abunəliklə deyil, standart satış olduqda belə, cihazın qiyməti astronomik həddə gəlib çıxmır. Tim Cook açıqlamasında belə qeyd edir: "Azərbaycanda olan sahibkarlar 1 iPhone satışından 300-500$ arası əlavə qazanc əldə edirlər. Belə qazancı şirkət olaraq Steve\'in vaxtında belə əldə etmirdik. Bundan əlavə aylıq 200$ maaşla kreditə iPhone alanların ümid edirik ki, bu addımla sayı azalacaq. Çünki aylıq gəliri 200$ olan bir şəxsin bu telefonu asan əldə etməsi mümkün deyil. Həyat şəraitlərini də nəzərə alsaq, gəliri aşağı olan insanların bu qiymətlərdə cihaza sahib olması mümkünsüzdür. Azərbaycanda həmin insanlar üçün düşünülmüş unikal məbləğli kompaniyalar da mövcud deyil. Bir cihaz üçün 24 ay ərzində ödəniş edilməsi həm absurd, həm də bizim müştəri məmnuniyyəti siyasətimizə ziddir. Məhz bu səbəbdən Apple şirkəti olaraq Azərbaycanda satışları dayandırırıq."
 
Gülüş gününüz mübarək! :) 1 Aprel
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×