"Apple"dan öyrənməli olduğumuz marketing strategiyaları
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Steve Jobs-un elektronika ilə bağlı məlumatı olmasa da yüksək inkişaf etmiş marketoloq qabiliyyəti var idi. Məhz onun düzgün marketoloq siyasəti dünyada "Apple"ın ilk sıralarda yer almasına şərait yaratdı.
Dünya səviyyəsində tanınmaq istəyi olan
şirkətin "Apple"ın marketinq siyasətində öyrənməli olduğu vacib strateji incəliklər
mövcuddur. Bu yazıda sizə "Apple"ın marketinq siyasətində əsas rol oynayan
ünsürlər haqda məlumat verəcəyik.
Sadə düşünməyi bacarmaq
"Apple" hər zaman bu ünsürə xüsusi diqqət
yetirib. Ən yeni fikirlərlə telefon bazarının liderinə çevrilən "Apple" şirkəti hətta
öz reklamlarında da bu ünsürə xüsusi diqqət yetirir. Buna misal olaraq "Apple"ın
son model telefonu olan iPhone 7 seriyasına həsr olunmuş reklam çarxını misal
göstərmək olar. Diqqət çəkən məqam isə reklamda əlavə heç bir detala yer verilməyib.
Sadə və qısa mövzu telefon haqda bütün fikirləri formalaşdırır.
İstifadəçilərin istəyini nəzərə almaq
"Apple" yeni bir məhsul ortaya çıxarmadan əvvəl
onun haqda müəyyən araşdırmalar aparır. Bunun üçün hər hansı endirim kampaniyaları
və müəyyən güzəştlər təqdim edən şirkət sosial media və veb sayt vasitəsilə
istifadəçilərin yeni cihazlardan hansı yeniliklər gözlədiyini öyrənir, hətta bəzi
etibarlı mənbələrdən bu haqda fikirlər alırlar.
Keyfiyyət, dəyərləri təyin edən ünsürdür
Bu fikri tam olaraq "Apple" haqda demək
mümkündür. Çünki "Apple" hər zaman yeniliklərlə diqqət cəlb etsə də mümkün qədər
qiymət standartında da öz liderliyini saxlamaqdadır. Burda əsas diqqət çəkmək
istədiyimiz amil odur ki, "Apple" məhsulları ucuz olmasa da qiymətlər arasında çox böyük fərq ifadə etmir. Yəni qiymətlərdə çox böyük dəyişikliklər etməyən
şirkət qiymət rəqabətinə qoşulmur.
Hər təqdimata xüsusi yanaşmaq
"Apple" hər zaman öz təqdimatlarına xüsusi
diqqət etməkdədir. Hətta tanıdılacaq cihazlar haqda məlumat verərkən belə bu ənənə
qorunmaqdadır. Cihaz və ya xidmət haqda məlumat verən "Apple" nümayəndələri qısa
və maraqlı təqdimata üstünlük verməkdədirlər. Hətta bunun üçün "Apple" xüsusi bazar analizi aparmaqdadır.
Diqqəti cəlb etmək onun əlçatmaz olduğuna inandırmaqdan keçir
"Apple"ın tətbiq etdiyi əsas strateji ünsürlərdən
biri də məhz budur: Bir cihazı tanıtmazdan əvvəl onu müzakirələrin obyekti
halına gətirmək. Təqdimatdan əvvəl mağazalarda ön sifarişlərin verilməsi, təqdimat
öncəsi uzun insan sıralarının yaranması uğurlu marketinq siyasətinin təməlini təşkil
edən əsas xüsusiyyətlərdəndir.
Görüntü ilə insanları ələ almaq
Hal-hazırki dövrdə kifayət qədər
informasiya resursunun olması insanları bir qədər yormaqdadır. Məhz bunu yaxşı
anlayan "Apple", video kontentlərə daha çox üstünlük verir. Çünki insanlar gördükləri
məlumatı daha tez mənimsəyirlər. Bu həm istifadəçilərin yeni məhsulları daha
yaxşı tanımasına, həm də satışların çoxalması üçün əvəzolunmaz vasitədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək