main-post-cover

    Apple\'dan \'Öpüşmə səhnəsinin məşqi\' mövzulu reklam çarxı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Məhsullarını maraqlı reklamları ilə tanıtmağa davam edən Apple'ın yeni reklam çarxı da çox maraqlıdır. Məşhur aktrisa Alison Brie və aktyor Nikolaj Coster Waldau'nun çəkildiyi reklam, 'Öpüşmə səhnəsinin məşqi' mövzusundadır.

    Yeni məhsullarını tanıtmağa davam edən Apple, burada paylaşdığımız Cookie Monster'ın çəkildiyi iPhone 6S reklamından sonra yeni reklam çarxı çəkib. Apple TV'ə aid reklam çarxında, həm yeni nəsil cihazın funksiyaları, həm də Siri dəstəyi ön plana çıxarılıb.

    Bu funksiyaları tamaşaçılara daha yaxşı təqdim etmək istəyən şirkət, daha əvvəl çəkdiyi bir çox reklamda olduğu kimi yenə məşhur simalardan yararlanıb. Alison Brie və Nikolaj Coster-Waldau'nun çəkildiyi reklamda, mücərrəd bir film seti canlandırılıb. Kulis şəraitində çəkiləcək öpüşmə səhnəsinin məşqini edən cütlük, eyni zamanda Apple TV'dən Nikolaj Coster-Waldau'nun çəkildiyi "1,000 Times Good Night" adlı filmdəki öpüşmə səhnəsini izləyir.
     


    Siri dəstəyi reklamda necə göstərilib ?

    Bu məşq əsnasında Apple TV'nin Siri dəstəyi də çox gözəl vurğulanıb. Siri'dən filmi irəli və geri çəkməsini istəyən cütlük, öpüşmə səhnəsini izləməkdən bezəndə isə Siri'dən "Game of Thrones" serialını açmağı və mahnı oxunmasını istəyir. Reklam çarxı, Apple TV üçün istifadə edilən "Televizorun gələcəyi" şüarı ilə bitir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər