main-post-cover

    Apple\'dan yeni Macbook gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple'ın ilk dəfə keçən il təqdim etdiyi 12 düym Retina ekranlı Macbook seriyası gözlənilmədən yeniləndi. Daha güclü performansa sahib olan yeni Macbook ailəsinə "rose gold" rəng seçimi də əlavə olunub.

     
    12 düym Retina ekranda hər hansı dəyişiklik olmayacaq. 2304x1440 piksel keyfiyyətə sahib olan ekran 226 ppi dəyərindədir. Yəni 12 düym Macbook’un ekranı hələ də kəskindir. Intel’in 6. nəsil Skylake ailəsinə daxil olan 12 düym Macbook’da 1.1 GHz və 1.2 GHz’lik Core M prosessorlardan istifadə olunub. Qrafik prosessorlarda isə 25%'ə qədər performans artışı göstərən Intel Graphics 515 çipi quraşdırılıb. İki performans seçimi ilə gələn cihazda 8 GB RAM standart olaraq təqdim edilir. Giriş modeli 256 GB, üst model isə 512 GB PCI SSD’yə sahibdir. Yeni cihazın batareya ömrü isə təxmini 11 saatdır.

    Qiymətlərinə gəldikdə isə keçən ildən fərqlənməyərək 1299 dollar / 1599 dollar olacaq.
    Linki kopyala