"Apple"ın 10-cu ili münasibətilə yeni iPhone modeli haqda ilkin məlumatlar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Apple-ın yeni çıxaracağı modellə bağlı məlumatlar artıq gəlməkdədir. Gələn il "Apple”ın 10 ili tamam olacaq. 10 ildir texnologiya dünyasına liderlik edən şirkət hər dəfə ortaya çıxardığı modellərlə diqqətləri üzərində toplamağı bacarıb.
Bir müddət əvvəl iPhone 7 seriyasının təqdim
olunmasına baxmayaraq, hər kəs yeni modeldə nə kimi dəyişikliklərin yer
alacağını səbirsizliklə gözləyir.
Yeni model "S” olmaya bilər
Bu seriyada iPhone 7 modelinin S seriyası
yer almayacaq. Bu o deməkdir ki, 2017-ci ildə Apple, iPhone 8 və ya 10-cu il münasibətilə iPhone 10 çıxara bilər.
Ön hissəsi küncsüz olacaq
Apple Bloger-i John Gruber tərəfindən ortaya atılan iddiaya görə iPhone 10 tam üz səthinə
malik olacaq. Şirkət içində gizli qaynaqdan alınan xəbərə görə telefonun səthi
olduqca geniş olacaq. Apple analitiklərindən olan Min Chi Kuo, iPhone 10-un gövdəsinin şüşədən ola biləcəyini
bildirib. Yeni modelin iPhone 4 və 4s-ə bənzər bir dizayna malik olacağını deyən
Kuo, bu günədək bir çox fikrinin doğru çıxdığını da vurğulayıb.
Home düyməsi gizli ola bilər
Gruber-ə görə Home düyməsi
paneldə gizli şəkildə yer alacaq. Bu da onu görünməz edəcək. i4u adlı texnoloji blogunda bu xəbərin təstiq
edildiyi də bildirilir. Xatıladaq ki, yaxın zamanlarda Çinli texnologiya nəhəngi Xiomi bazara buna bənzər texnolojiyə
malik cihaz çıxarmışdı.
The
Korea Heral xəbər saytının məlumatına görə keçmiş
modellərdə LCD texnologiyası istifadə
olunduğu halda, yeni iPhone modeli AMOLED ekrana sahib olacaq. Belə olan halda cihazın ekran quruluşunun daha diqqət çəkici
olacağı deyilir. Bundan əlavə yeni şarj cihazlarının naqilsiz olacağı da
vurğulanır. Şirkət daha əvvəl də wireless şarj üzərində çalışdığını bildirmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!