main-post-cover

    Apple\'in yeni 4 düyümlük iPhone barədə yeni məlumatlar gəldi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple’ın 4 düyüm ekrana sahib yeni modeli iPhone 5se olaraq adlandırılacaqdı. Amma bundan əvvəl bu yeni model üçün iPhone 6c və iPhone 7c adları da səsləndirilmişdi. Bu gün isə tam fərqli xəbərlər gəlməyə başladı.


     
    Apple xəbərlərində ən güvənilən mənbə sayılan 9to5Mac saytı yeni məlumatlara görə 4 düyümlük iPhone bazara iPhone SE adı ilə çıxacaq. Bunun əsas səbəbi isə yeni modelin xüsusi model olmasıdır. 

     
     
    Apple’ın iPhone SE modeli ilə bağlı ilk görüntülər də sızdırılıb. Bu görüntüləri "nowhereelse" saytı yayıb və güvənilən mənbələrdən sayılır.


     
    Burada diqqət çəkən əsas məqam power düyməsinin yeni telefonun üst hissəsinə çıxarılmasıdır. Telefona dair digər iddia isə KGİ analisti Ming-Chi Kuo tərəfindən ortaya atılıb. Populyar analistə görə iPhone SE Amerikada 400-500 dollardan satışa çıxacaq.
     
     
     
    iPhone SE'də 8 yerinə 12 MP kameranın olacağını da iddia edib. iPhone 6 ailəsinə xas olan canlı fotolar xüsusiyyəti də bu telefonda yer alacaq. Bundan başqa ön panele baxdığımızda görə bilərik ki, iPhone SE’de 3D Touch ekran xüsusiyyəti olmayacaq.


    15 və ya 22 Mart tarixində tanıdılması gözlənilən iPhone SE’də bunlara əlavə olaraq 16/64GB yaddaş, 802.11ac Wi-Fi, Bluetooth 4.2 və 1642 mAh həcmində batareya da olacaq.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər