Apple 'in yeni 4 düyümlük iPhone barədə yeni məlumatlar gəldi

Apple 'in yeni 4 düyümlük iPhone barədə yeni məlumatlar gəldi

Texnologiya
08.05.2017 PAYLAŞIM

Apple’ın 4 düyüm ekrana sahib yeni modeli iPhone 5se olaraq adlandırılacaqdı. Amma bundan əvvəl bu yeni model üçün iPhone 6c və iPhone 7c adları da səsləndirilmişdi. Bu gün isə tam fərqli xəbərlər gəlməyə başladı.


 
Apple xəbərlərində ən güvənilən mənbə sayılan 9to5Mac saytı yeni məlumatlara görə 4 düyümlük iPhone bazara iPhone SE adı ilə çıxacaq. Bunun əsas səbəbi isə yeni modelin xüsusi model olmasıdır. 

 
 
Apple’ın iPhone SE modeli ilə bağlı ilk görüntülər də sızdırılıb. Bu görüntüləri "nowhereelse" saytı yayıb və güvənilən mənbələrdən sayılır.


 
Burada diqqət çəkən əsas məqam power düyməsinin yeni telefonun üst hissəsinə çıxarılmasıdır. Telefona dair digər iddia isə KGİ analisti Ming-Chi Kuo tərəfindən ortaya atılıb. Populyar analistə görə iPhone SE Amerikada 400-500 dollardan satışa çıxacaq.
 
 
 
iPhone SE\'də 8 yerinə 12 MP kameranın olacağını da iddia edib. iPhone 6 ailəsinə xas olan canlı fotolar xüsusiyyəti də bu telefonda yer alacaq. Bundan başqa ön panele baxdığımızda görə bilərik ki, iPhone SE’de 3D Touch ekran xüsusiyyəti olmayacaq.


15 və ya 22 Mart tarixində tanıdılması gözlənilən iPhone SE’də bunlara əlavə olaraq 16/64GB yaddaş, 802.11ac Wi-Fi, Bluetooth 4.2 və 1642 mAh həcmində batareya da olacaq.






DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×