main-post-cover

    Apple\'ın Adroid\'dən oğurladığı 10 yeni iOS 10 funksiyası

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple'ın mobil əməliyyat sistemi iOS 10 bir çox yeni xüsusiyyəti ilə təqdim edildi. Bu xüsusiyyətlərdən bəzilərinin Androiddə uzun müddətdir mövcud olmağı müzakirələri də özü ilə gətirib.

    Apple'ın yeni əməliyyat sistemi iOS 10 nəhayət təqdim edildi. Bir çox yeni xüsusiyyət ilə gələn yeni versiyanın bəzi xüsusiyyətləri müzakirələri də özü ilə gətirib. Android istifadəçiləri iOS 10-a gələn yeniliklərin çoxunun Androiddə uzun müddətdir var olduğunu və Apple'ın bu xüsusiyyətləri Androiddən oğurladığını iddia edib.

    iOS - Android qarşıdurması elə asan-asan bitəcək kimi görünmür. İllərdir davam edən mübahisədə bir dövr iOS cəbhəsindən "təqlidçilik" iddihamları yüksəlirdi. Görünən odur ki, indi sıra Android cəbhəsindədir.

    iOS 10-un Androiddən oğurladığı iddia edilən 10 yeni xüsusiyyət

    1. Yeni kilid ekranı görünüşü
     
    Apple'ın Adroid'dən oğurladığı 10 yeni iOS 10 funksiyası


    iOS 10-un yenilənmiş kilid ekranı kart əsaslı dizaynı ilə Android görünüşünü xatırladır.

    Android N kilid ekranını aşağıdakı şəkildə görə bilərsiniz
     
    Apple'ın Adroid'dən oğurladığı 10 yeni iOS 10 funksiyası

     
    2. Bütün bildirişləri təmizləmək

    iOS 10-a kimi iPhone'da bütün bildirişləri tək tək silmək lazım idi. iOS 10 ilə birlikdə artıq bildirişləri bir dəfəyə silə bilərsiniz. Bu xüsusiyyət də Androiddə uzun müddətdir mövcud olan yeniliklərdən biridir.

    3. Bildirişlərə baxmaq üçün telefonu yerindən qaldırmaq
     


    Masada dayanan telefonu açmaq istəmirsiniz, tək dərdiniz yeni bir bildiriş var mı deyə baxmaqdır. Telefonu yavaşca olduğu yerdən qaldırdığınızda ekran işıqları yanaraq sizə bildiriş ekranını göstərir. Əgər lazımlı bir şey yoxdursa cihazı yerinə qoyursunuz və yuxu rejiminə davam edir. Androidin Lollipop versiyasında gələn Ambient Display xüsusiyyəti iOS 10 ilə birlikdə iPhone'lara da gəlib.

    4. Daha Azad Siri

    iOS'un səsli fərdi assistenti Siri'nin inkişafı bir xeyli yaxşı görünür. Ən sevindirici xəbərlərdən biri isə Siri'nin tətbiq hazırlayan developerlərə açılmağı oldu. Yəni, Siri artıq başqa proqramlarda da istifadə edilə biləcək. Bu xüsusiyyət Google səsli assistenti üçün ötən ilin aprel ayında təqdim edilmişdi.

    5. Fotoşəkillərdə üz təyini
     
    Apple'ın Adroid'dən oğurladığı 10 yeni iOS 10 funksiyası


    iOS'un fotoşəkillər tətbiqində artıq insanlar üzlərinə görə təyin edilə biləcək. Android'də Google Photos tətbiqi sayəsində bu xüsusiyyət bir neçə müddətdir istifadə olunur.

    6. Daha açıq Xəritələr
     
    Apple'ın Adroid'dən oğurladığı 10 yeni iOS 10 funksiyası



    Eynilə Siri'də olduğu kimi Xəritələr tətbiqi də developerlər üçün açılıb. Bu sayədə OpenTable, Uber və s. fenişləmələr əlavə olunaraq xəritələrin istənilən məqsədə uyğun daha inkişaf etmiş xüsusiyyətlər təqdim etməsi təmin edilə biləcək. Bu da Google-ın və bu səbəbdən Androidin xəritələr tətbiqində uzun müddətdir mövcud olan xüsusiyyətlərdən biri.

    7. Telefonun öz tətbiqlərini silmək

    iOS 10 ilə birlikdə Applenin təqdim etdiyi tətbiqləri silmək mümkündür. Androiddə həmin tətbiqləri həmişə silmək olub.

    8. İnkişaf etdirilmiş Notlar tətbiqi

    Androidin Notlar tətbiqində olan paylaşma və çeşidləmə kimi xüsusiyyətlər iOS 10-un Notlar tətbiqinə də əlavə olunub.

    9. Safari bölünmüş ekran
     
    Apple'ın Adroid'dən oğurladığı 10 yeni iOS 10 funksiyası


    Eyni anda birdən çox Safari pəncərəsini yan-yana açmağa yarayan bu xüsusiyyət yalnız iPad üçün təqdim edildi. Androidin isə Chrome brauzerində çoxlu pəncərə xüsusiyyətini bir neçə müddətdir istifadə etmək mümkündür.

    10. Daha ağıllı telefon tətbiqi

    iOS'un uzun illərdir dəyişməyən daxili telefon tətbiqi iOS 10 ilə birlikdə yeniləndi və səsli mail oxumaq xüsusiyyəti əlavə olundu. Google'ın daxili telefon tətbiqi Google Voice isə bu əməliyyatı onsuz da çoxdan edə bilirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər