Reklam
Apple 'ın Adroid 'dən oğurladığı 10 yeni iOS 10 funksiyası

Apple 'ın Adroid 'dən oğurladığı 10 yeni iOS 10 funksiyası

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple\'ın mobil əməliyyat sistemi iOS 10 bir çox yeni xüsusiyyəti ilə təqdim edildi. Bu xüsusiyyətlərdən bəzilərinin Androiddə uzun müddətdir mövcud olmağı müzakirələri də özü ilə gətirib.

Apple\'ın yeni əməliyyat sistemi iOS 10 nəhayət təqdim edildi. Bir çox yeni xüsusiyyət ilə gələn yeni versiyanın bəzi xüsusiyyətləri müzakirələri də özü ilə gətirib. Android istifadəçiləri iOS 10-a gələn yeniliklərin çoxunun Androiddə uzun müddətdir var olduğunu və Apple\'ın bu xüsusiyyətləri Androiddən oğurladığını iddia edib.

iOS - Android qarşıdurması elə asan-asan bitəcək kimi görünmür. İllərdir davam edən mübahisədə bir dövr iOS cəbhəsindən "təqlidçilik" iddihamları yüksəlirdi. Görünən odur ki, indi sıra Android cəbhəsindədir.

iOS 10-un Androiddən oğurladığı iddia edilən 10 yeni xüsusiyyət

1. Yeni kilid ekranı görünüşü
 


iOS 10-un yenilənmiş kilid ekranı kart əsaslı dizaynı ilə Android görünüşünü xatırladır.

Android N kilid ekranını aşağıdakı şəkildə görə bilərsiniz
 

 
2. Bütün bildirişləri təmizləmək

iOS 10-a kimi iPhone\'da bütün bildirişləri tək tək silmək lazım idi. iOS 10 ilə birlikdə artıq bildirişləri bir dəfəyə silə bilərsiniz. Bu xüsusiyyət də Androiddə uzun müddətdir mövcud olan yeniliklərdən biridir.

3. Bildirişlərə baxmaq üçün telefonu yerindən qaldırmaq
 


Masada dayanan telefonu açmaq istəmirsiniz, tək dərdiniz yeni bir bildiriş var mı deyə baxmaqdır. Telefonu yavaşca olduğu yerdən qaldırdığınızda ekran işıqları yanaraq sizə bildiriş ekranını göstərir. Əgər lazımlı bir şey yoxdursa cihazı yerinə qoyursunuz və yuxu rejiminə davam edir. Androidin Lollipop versiyasında gələn Ambient Display xüsusiyyəti iOS 10 ilə birlikdə iPhone\'lara da gəlib.

4. Daha Azad Siri

iOS\'un səsli fərdi assistenti Siri\'nin inkişafı bir xeyli yaxşı görünür. Ən sevindirici xəbərlərdən biri isə Siri\'nin tətbiq hazırlayan developerlərə açılmağı oldu. Yəni, Siri artıq başqa proqramlarda da istifadə edilə biləcək. Bu xüsusiyyət Google səsli assistenti üçün ötən ilin aprel ayında təqdim edilmişdi.

5. Fotoşəkillərdə üz təyini
 


iOS\'un fotoşəkillər tətbiqində artıq insanlar üzlərinə görə təyin edilə biləcək. Android\'də Google Photos tətbiqi sayəsində bu xüsusiyyət bir neçə müddətdir istifadə olunur.

6. Daha açıq Xəritələr
 



Eynilə Siri\'də olduğu kimi Xəritələr tətbiqi də developerlər üçün açılıb. Bu sayədə OpenTable, Uber və s. fenişləmələr əlavə olunaraq xəritələrin istənilən məqsədə uyğun daha inkişaf etmiş xüsusiyyətlər təqdim etməsi təmin edilə biləcək. Bu da Google-ın və bu səbəbdən Androidin xəritələr tətbiqində uzun müddətdir mövcud olan xüsusiyyətlərdən biri.

7. Telefonun öz tətbiqlərini silmək

iOS 10 ilə birlikdə Applenin təqdim etdiyi tətbiqləri silmək mümkündür. Androiddə həmin tətbiqləri həmişə silmək olub.

8. İnkişaf etdirilmiş Notlar tətbiqi

Androidin Notlar tətbiqində olan paylaşma və çeşidləmə kimi xüsusiyyətlər iOS 10-un Notlar tətbiqinə də əlavə olunub.

9. Safari bölünmüş ekran
 


Eyni anda birdən çox Safari pəncərəsini yan-yana açmağa yarayan bu xüsusiyyət yalnız iPad üçün təqdim edildi. Androidin isə Chrome brauzerində çoxlu pəncərə xüsusiyyətini bir neçə müddətdir istifadə etmək mümkündür.

10. Daha ağıllı telefon tətbiqi

iOS\'un uzun illərdir dəyişməyən daxili telefon tətbiqi iOS 10 ilə birlikdə yeniləndi və səsli mail oxumaq xüsusiyyəti əlavə olundu. Google\'ın daxili telefon tətbiqi Google Voice isə bu əməliyyatı onsuz da çoxdan edə bilirdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×