main-post-cover

    Apple’ın üz qaraları: Fiyaskoya uğrayan 5 Apple məhsulu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hal-hazırda ən dəyərli şirkətlərdən biri olan Apple’ın hər çıxartdığı məhsulun rekord sayda satıldığını düşünürsünüzsə çox böyük səhv edirsiniz. Elə Apple məhsulları var ki, şirkətin üz qaraları olaraq tarixə keçiblər.

    iPhone, iPod, iPad və Mac cihazları milyonlarla satılıb, sizcə Apple’ın bütün məhsulları eyni marağa səbəb olub mu ? Təbii ki, yox. Bu günə kimi növbənöv məhsullar təqdim edən nəhəng şirkət, bir çox uğursuzluq da yaşayıb.

    Apple tarixində elə məhsullar olub ki, Apple’ın çılğın fanatları belə bu məhsullara maraq göstərməyib. 

    Apple’ın fiyaskoya uğrayan 5 məhsulu

    1. Machintosh Portable
     
    Apple’ın üz qaraları: Fiyaskoya uğrayan 5 Apple məhsulu


    Apple’ın batareyalı ilk daşınabilən kompüteri olan Macintosh Portable, şirkətin uğursuz məhsulları arasında ilk yada düşənlərdəndir. 1989-cu ildə təqdim edilən məhsul, batareyadakı səhvə görə söndürülə bilməməsi kimi problemləri ilə bu iş üçün hələ tez olduğunu göstərib. Həmçinin 7300 dollarlıq qiyməti və daşımaq üçün əlverişli olmayan cihaz "fail” məhsullar arasındasır.

    2. Apple PipPin
     
    Apple’ın üz qaraları: Fiyaskoya uğrayan 5 Apple məhsulu


    Apple’ın bir oyun konsolu istehsal etdiyini bilirdiniz ? 1996-cı ildə istehsal edilən PipPin adlı bu konsol zamanının bir addım önündə təchizata malik idi. Ancaq texnologiya baxımından irəlidə olmaq, daha yaxşı olmaq anlamına gəlmir. Eyni dövrdəki Sega Dreamcast üçün də oxşar vəziyyət mövcud idi və bu səhv Sega'nın müflis olmağına səbəb oldu.

    PipPin adlı cihaz Apple’ı müflis etmədi amma, çox zərər etdirdi. 100 min ədəd istehsal edilən cihazın sadəcə yarısı satıla bilib. Cihazda oynamaq mümkün olan bir oyun adı soruşsanız, inanın mən də bilməyəcəm.

    3. Motorola ROKR - iTunes Phone
     
    Apple’ın üz qaraları: Fiyaskoya uğrayan 5 Apple məhsulu


    Apple’ın ilk telefonunun iPhone olduğunu düşünürsünüzsə yanılırsınız. iTunes dəstəyi olan bir telefon istehsal etmək üçün Apple, Motorola ilə birlikdə 2005-ci ildə ROKR modelini çıxardıb. İlk iTunes dəstəkli telefon olan ROKR, istifadəçilərə düşmən olan interfeysi ilə çox uğursuz bir telefon oldu. ROKR modeli ilə necə telefon istehsal etməyəcəklərini öyrənən Apple, bir neçə il sonra iPhone modelini istehsal etdi.

    4. Apple QuickTake
     
    Apple’ın üz qaraları: Fiyaskoya uğrayan 5 Apple məhsulu


    Rəqəmsal fotoşəkil dünyasına sürətli giriş məqsədi daşıyan Apple QuickTake,  məyusluq yaradan Apple məhsulları arasında az bilinən məhsullardan biridir. Hatta bir çox insan Apple’ın rəqəmsal fotoaparat istehsal etdiyini belə bilmir. QuickTake, Apple’ın "İstəniləndən qabaq” həmlələrindən biridir. Dünya analoq çağı yaşayan zaman gələn bu həmlənin nəticəsi istənilən kimi olmayıb. (Gördüyünüz kimi, ilk olmaq da, hər zaman yaxşı deyil)

    QuickTake 100, 150 və 200 adlı modelləri ilə 1994-1997-ci illərdə bazara çıxarılan məhsul Kodak və Fujifilm ortaqlığı ilə  çıxarılmışdır. Cihazların çəkdiyi şəkillərin keyfiyyəti isə inanmaq çətin olsa da 0.3 megapiksel idi.

    5. iTunes Ping
     
    Apple’ın üz qaraları: Fiyaskoya uğrayan 5 Apple məhsulu


    Apple’ın son illərdəki uğursuzluqlarından biri də iTunes Ping adlı sosial servisdir. iTunes vasitəsilə işləyən, musiqiyə yönəlik sosial şəbəkə 2010-cu ildə təqdim edilib və  umumilikdə 1 milyon istifadəçi qeydiyyatdan keçib. Milyonlarla iOS cihaz ve Mac istifadə edildiyi halda 1 milyon istifadəçi sayı çox aşağı nəticədir.

    Musiqiyə yönəlik sosial şəbəkə olan iTunes Ping’də, müğənniləri izləmək, şəbəkədəkilərin hansı musiqiləri dinlədiyini görmək kimi xusiyyətlər var idi. Xülasə, bu gün Spotify’ın bacardığını iTunes Ping həmin vaxt bacara bilməmişdi. Uğursuz olan servis istifadəyə verildiyi 2010-cu ildən 2 il sonra, 2012-ci ildə bağlandı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər