"Fast and Furious 7"-nin yaradıcısı James Wan "Aquaman" filminin rejissoru təyin olunub. Bu barədə Warner Bros. Pictures studiyası xəbər verib.
"James New Line Cinema studiyası üçün "The Conjuring" filmini çəkən zaman studiyamız onunla çalışmaq imkanından yararlanmışdır. Onun DC Comics dünyasını inkişaf etdirəcəyinə inanırıq. James-in əvvəlki işlərinə nəzər yetirdikdə görərik ki, o istənilən böyük həcmli filmlərin öhdəsindən gələ biləcək bir rejissordur" - deyə Warner Bros. bildirib. Filmin ssenarisini Kurt Johnstad hazırlayacaq. Qeyd edək ki, daha əvvəl Kurt "300" filminin ssenarisini hazırlamışdır.
Aquaman personajı DC Comics dünyasında 1941-ci ildə dərc olunmuşdur. Daha sonra o "Justice League"-in əsasını qoymuş personajlardan biri olmuşdur. Qeyd edək ki, Aquaman obrazını Jason Momoa canlandıracaq. Güman olunur ki, sözügedən personaj ilk dəfə "Batman v Superman: Dawn of Justice" filmində təqdim olunacaq. Daha sonra isə biz onu "Justice League" filmində görəcəyik hansı ki, 2017-ci ildə izləyicilərə təqdim olunacaq. "Aquaman" filminin premyerası isə 27 İyun 2018-ci il tarixində baş tutacaq.
Şərh yoxdur