

Fransız planşet və ağıllı telefon istehsalçısı Archos bu dəfə digər modellərin texnoloji özəlliklərindən yüksək olmasa da ən güvənli ağıllı telefon olduğunu iddia etdiyi GranitePhone\'un şəkillərini yayımladı.
Archos A sinif güvənli əlaqə proqramları barəsində mütəxəssisləşmiş bir şirkət olan Sıkur ilə qurduğu ortaqlıq nəticəsində ən güvənli telefon olacağını iddia etdiyi yeni modeli GranitePhone\'u satışa çıxardığını elan etdi. Android\'in üzərində işlənmiş versiyası Granite OS\'u istifadə edəcək telefonda şifrəli kimlik təsdiq etmə və güvənli bulud yaddaş sistemləri kimi fərqli güvənlik səviyyələri vardır. Texniki xüsusiyyətlər baxımından çox da üst səviyyədə olmayan telefon Snapdragon 615 prosessor və 2GB RAM ilə dəstəklənir. Həmçinin 1080p displeyli 5 inç ekranın olduğu cihazda 16 GB daxili yaddaş, 16 MP arxa kamera, 8 MP ön kamera və 2700 mAh gücündə batareya yer alır.
Qısacası orta seqment səviyyəsində olan və güvənlik sahəsində vədlər verən telefonun 850 dollarlıq qiymətilə üst seqment telefonlardan daha baha maliyyətlə SIKUR\'un rəsmi GranitePhone saytından satışa çıxarılıb.
Şərh yoxdur