
Artificial Narrow Intelligence (ANI) - Süni Zəka haqqında bilmədiklərimiz. (1-ci hissə)
07.05.2017
Farid Pardashunas
Bu gün sizlərə ilk yazımı təqdim edəcəm. Əvvəlcədən deyim ki, bu məqalə
yaxud hansısa materialdan tərcümə olunmayıb. 2 həftədən çoxdu apardığım
araşdırma nəticəsində sistemləşdirib yazmağa çalışdım. Əsas hissəyə keçməmişdim
əvvəl qeyd edim ki terminləri tərcümə etməyəcəm (izahını verəcəm), çünki tərcümədə
öz aktuallığını itirir.
Son vaxtların əsas
mövzusu, şübhəsiz, texnologiyadır. Determinizmə müvafiq olaraq bu inkişafın müxtəlif
nəticələri olur. Ən böyük nəticə hamımızın gördüyü, yaxından müşahidə
etdiyi, lakin o qədər də ciddiyə almadığımız Artificial İntelligence'dir (süni zəka).
Səbəb kimi bunları verə bilərəm:
1. Aİ-nin tam olaraq nə
olmasını bilməmək.
2. Filmlər və xəbərlərdə
robot kimi təsvir edilərək, xeyli sadələşdirilməsi.
3. Aİ-nın ilk mərhələsində
olduğumuz üçün.
İlk olaraq Aİ deyərkən robot olduqlarını
unudaq, çünki robot sadəcə məkandır.Aİ robotun içində olandır.Aİ beyin, robot
isə onun bədənidir,əgər varsa.Məsələn bu gün geniş yayılmış Siri Aİ-dir,amma xüsusi
görünüşə malik deyil, software adlandıra bilərik. Bu siyahını xeyli uzada bilərək.(
cortana, google voice və s.) Göründüyü kimi Aİ-ni robot olaraq düşünmək olmaz.
Müasir dövrdə Aİ 3 növə bölünür:
1. Artificial Narrow
Intelligence(ANI) - Dar süni zəka (sözün dəyərini öldürdük). Bəzən weak Aİ ( zəif
süni səka) adlandırırlar.
2. Artificial General
İntelligence(AGI) - Əsas süni zəka - bəzən bunu strong Aİ( güclü süni zəka),
Human Level Aİ də adlandırırlar.
3. Artificial
Superintelligence(ASİ) - Super süni zəka.
Bu gün ANİ haqqında danışacam, hansı ki bu mərhələnin pik nöqtəsindəyik.
ANİ insan zəkasına bərabərdir. Əsas fərq bizdən sürətli olmasıdır. Günümüzdə
mövcud olan bəzi ANİ nümunələrinə baxaq.
- Maşınlar ANİ sistemi ilə
doludur. ANİ computer'dən(kompyüter yazanda özümü qəribə hiss edirəm) maşının
parametrlərinə və mühərrikinə nəzarət edir. ( söhbət müasir maşınlardan gedir).
Hal-hazırda google self-driving car adlı layihəni test edir,hansı ki ANİ
tamamilə əhatə edir.
- Bu günki smartfonlarımızda az da olsa ANİ var.Xəritə app'lərini işlətdiyimiz zaman (navigate), Pandora, Spotify'dan musiqi təklifləri aldığımız(recommendations)
zaman, hava məlumatının müntəzəm olaraq yoxlanılması zaman (checking), yaxud
yuxarıda dediyim kimi Siri, Cortana, google voice'i işlədərkən biz ANİ'ni
istifadə edirik.
- ANİ'nin klassik növlərindən
biri emaildə spam filtirinin olmasıdır. Təsəvvür edin gələn emailləri məntiqlə
incələyərək növlərə ayırır. Onu deyə bilərəm ki, təkcə bu xüsusiyyətinə görə
ANİ alqışa layiqdir.
- Bu gün hamı sosial şəbəkələrdən geniş istifadə edir. Ebay yaxud Amazon'dan product axtararkən recommended for
you (sənin üçün təklif olunan) birləşməsini tez-tez görürük. Bu ANİ'nin işidir,
hansı ki, milyonlarla satıcı və productları toplayır,analiz edir və bizə təklif
edir. Bəzən çox məntiqli təkliflər olur.
- Çoxumuzun gülməli sözlər
yazaraq bizim dildə tərcüməsinə baxmaq üçün istifadə etdiyimiz google translate ANİ-nin növbəti klassik növlərindən biridir. Səs tanımasını da ( voice
recognition) bu növə aid edə bilərik.
- Təyyarələr enərkən,
hansı qapının açılmasına insan qərar vermir. (Azalda bu sistemin olmasına şübhə
edirəm)
- Bü gün oynadığınız nərd,domino,şahmat kimi oyunlarda qarşı tərəf ANİ-dir.( Ən çətinə qoyanda adamın evini yıxır az
qala).
- Google kimi axtarış
sistemləri ANİ-nin əsas növlərindən biridir. Bəziləri Facebookun newsfeed'ni də
aid edir.Siyahını daha da artırmaq
olar amma çox yormaq istəmirəm. Göründüyü kimi ANİ qorxudulacaq deyil və bizim
üçün böyük təhdid daşımır. Ancaq unutmaq olmaz ki ANİ özü-özünü inkişaf etdirərək
AGİ və ASİ'ə gedən yolu qurur.
Bu yuxarıda gördüyünüz yazıda ANİ-nin nə
olduğunu qısa şəkildə izah etməyə çalışdım. Ümid edirəm az da olsa fikrimi
çatdıra bilmişəm. Mövzü çox geniş və detallıdır. Hamısını birdən yazsam həm siz
oxumaqdan yorularsınız, həm də mən yorulub uzun müddətdən sonra yazını
tamamlaya bilərəm. Bu yazım sadəcə Aİ-nin 3 növündən biri olan ANİ-in
yarısıdır. Növbəti yazımda ANİ ilə AGİ arasında əlaqəni göstərməyə çalışacam.
Yazını çalışdım çox elmi şəkildə yazmayım. Fikir və iradlarınızı bildirərək gələcək
yazının hansı üslubda olmasına qərar verə bilərsiniz.
Abdullayev Javid
Linki kopyala
Həftənin xəbərləri

