Artificial Narrow Intelligence (ANI) - Süni Zəka haqqında bilmədiklərimiz. (1-ci hissə)

Artificial Narrow Intelligence (ANI) - Süni Zəka haqqında bilmədiklərimiz. (1-ci hissə)

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bu gün sizlərə ilk yazımı təqdim edəcəm. Əvvəlcədən deyim ki, bu məqalə yaxud hansısa materialdan tərcümə olunmayıb. 2 həftədən çoxdu apardığım araşdırma nəticəsində sistemləşdirib yazmağa çalışdım. Əsas hissəyə keçməmişdim əvvəl qeyd edim ki terminləri tərcümə etməyəcəm (izahını verəcəm), çünki tərcümədə öz aktuallığını itirir.

Son vaxtların əsas mövzusu, şübhəsiz, texnologiyadır. Determinizmə müvafiq olaraq bu inkişafın müxtəlif nəticələri olur. Ən böyük nəticə hamımızın gördüyü, yaxından müşahidə etdiyi, lakin o qədər də ciddiyə almadığımız Artificial İntelligence\'dir (süni zəka). Səbəb kimi bunları verə bilərəm:

1. Aİ-nin tam olaraq nə olmasını bilməmək.


2. Filmlər və xəbərlərdə robot kimi təsvir edilərək, xeyli sadələşdirilməsi.

3. Aİ-nın ilk mərhələsində olduğumuz üçün.

İlk olaraq Aİ deyərkən robot olduqlarını unudaq, çünki robot sadəcə məkandır.Aİ robotun içində olandır.Aİ beyin, robot isə onun bədənidir,əgər varsa.Məsələn bu gün geniş yayılmış Siri Aİ-dir,amma xüsusi görünüşə malik deyil, software adlandıra bilərik. Bu siyahını xeyli uzada bilərək.( cortana, google voice və s.) Göründüyü kimi Aİ-ni robot olaraq düşünmək olmaz. Müasir dövrdə Aİ 3 növə bölünür:

1. Artificial Narrow Intelligence(ANI) - Dar süni zəka (sözün dəyərini öldürdük). Bəzən weak Aİ ( zəif süni səka) adlandırırlar.

2. Artificial General İntelligence(AGI) - Əsas süni zəka - bəzən bunu strong Aİ( güclü süni zəka), Human Level Aİ də adlandırırlar.

3. Artificial Superintelligence(ASİ) - Super süni zəka.

Bu gün ANİ haqqında danışacam, hansı ki bu mərhələnin pik nöqtəsindəyik. ANİ insan zəkasına bərabərdir. Əsas fərq bizdən sürətli olmasıdır. Günümüzdə mövcud olan bəzi ANİ nümunələrinə baxaq.  

- Maşınlar ANİ sistemi ilə doludur. ANİ computer\'dən(kompyüter yazanda özümü qəribə hiss edirəm) maşının parametrlərinə və mühərrikinə nəzarət edir. ( söhbət müasir maşınlardan gedir). Hal-hazırda google self-driving car adlı layihəni test edir,hansı ki ANİ tamamilə əhatə edir.

- Bu günki smartfonlarımızda az da olsa ANİ var.Xəritə app\'lərini işlətdiyimiz zaman (navigate), Pandora, Spotify\'dan musiqi təklifləri aldığımız(recommendations) zaman, hava məlumatının müntəzəm olaraq yoxlanılması zaman (checking), yaxud yuxarıda dediyim kimi Siri, Cortana, google voice\'i işlədərkən biz ANİ\'ni istifadə edirik.

- ANİ\'nin klassik növlərindən biri emaildə spam filtirinin olmasıdır. Təsəvvür edin gələn emailləri məntiqlə incələyərək növlərə ayırır. Onu deyə bilərəm ki, təkcə bu xüsusiyyətinə görə ANİ alqışa layiqdir.

- Bu gün hamı sosial şəbəkələrdən geniş istifadə edir. Ebay yaxud Amazon\'dan product axtararkən recommended for you (sənin üçün təklif olunan) birləşməsini tez-tez görürük. Bu ANİ\'nin işidir, hansı ki, milyonlarla satıcı və productları toplayır,analiz edir və bizə təklif edir. Bəzən çox məntiqli təkliflər olur.

- Çoxumuzun gülməli sözlər yazaraq bizim dildə tərcüməsinə baxmaq üçün istifadə etdiyimiz google translate ANİ-nin növbəti klassik növlərindən biridir. Səs tanımasını da ( voice recognition) bu növə aid edə bilərik.

- Təyyarələr enərkən, hansı qapının açılmasına insan qərar vermir. (Azalda bu sistemin olmasına şübhə edirəm)

- Bü gün oynadığınız nərd,domino,şahmat kimi oyunlarda qarşı tərəf ANİ-dir.( Ən çətinə qoyanda adamın evini yıxır az qala).

- Google kimi axtarış sistemləri ANİ-nin əsas növlərindən biridir. Bəziləri Facebookun newsfeed\'ni də aid edir.Siyahını daha da artırmaq olar amma çox yormaq istəmirəm. Göründüyü kimi ANİ qorxudulacaq deyil və bizim üçün böyük təhdid daşımır. Ancaq unutmaq olmaz ki ANİ özü-özünü inkişaf etdirərək AGİ və ASİ\'ə gedən yolu qurur.

Bu yuxarıda gördüyünüz yazıda ANİ-nin nə olduğunu qısa şəkildə izah etməyə çalışdım. Ümid edirəm az da olsa fikrimi çatdıra bilmişəm. Mövzü çox geniş və detallıdır. Hamısını birdən yazsam həm siz oxumaqdan yorularsınız, həm də mən yorulub uzun müddətdən sonra yazını tamamlaya bilərəm. Bu yazım sadəcə Aİ-nin 3 növündən biri olan ANİ-in yarısıdır. Növbəti yazımda ANİ ilə AGİ arasında əlaqəni göstərməyə çalışacam. Yazını çalışdım çox elmi şəkildə yazmayım. Fikir və iradlarınızı bildirərək gələcək yazının hansı üslubda olmasına qərar verə bilərsiniz.


 

Abdullayev Javid


 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×