
Dünən Facebook rəsmiləri yeniliklərlə əlaqadar məlumat verib. Belə ki, "Facebook", Messenger bölməsində yeni "Buy” adlı xidmət istifadəyə verib. Bu yenilik artıq messenceri tərk etmədən aldığınız məhsulun ödənişini etməyə icazə verəcək. Bu xidmət hələki, yalnız bəzi developerlərə test olunması üçün istifadəyə verilib. Xidmətin il sonunadək istifadəçilərə təqdim olunması nəzərdə tutulur. Verilən məlumata görə hesab haqda məlumatlar şifrələnmiş olacaq və sadəcə Stripe və Paypal vasitəsilə ödəniş həyata keçiriləcək. "Facebook" Webview və Messenger Extensions köməyilə öz səhifənizdən ödəniş etməyə imkan yaradacaq. Messenger Extensions javascript SDK, messencer dialoqlarını açır və kampaniyaya müştəri haqda məlumatlar almağa şərait yaradacaq.
İstifadəçilər həmçinin botları və mesajları öz dostları ilə Messenger vasitəsilə paylaşa bilərlər. Bütün bu ismarıclar botun adına, onun piktoqrammasına və Call to Action düyməsinə sahib olacaqlar. Həmin düymə bot ilə müzakirələrin başlanmasına şərait yaradacaq.