main-post-cover

    Artıq Facebookda şərhlər bölməsi çat formasında olacaq

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsi yeni maraqlı funksiyanı test etməyə başlayıb.

    Belə ki, hələ bəzi istifadəçilər üçün aktiv olan yeni funksiya sayəsində, şərh bölməsi çat formasında istifadəçinin hesabında əks olunacaq. "Facebook” təmsilçisi təsdiq edib ki, şirkət sosial şəbəkədə olacaq yeni funksiyanı test edir. "Technote.az"ın "Techcrunch"a istinadən verdiyi xəbərə əsasən bura yalnız sosial şəbəkənin web versiyasından istifadə edən insanlar daxildir. "Biz istifadəçilərdən bu barədə rəylər alırdıq. Həmin rəylərdə onlar qeyd edirdilər ki, əsas səhifədə olan postlarda müzakirələr aparmaq üçün daha rahat şərh interfeysi istəyirlər. Məhz buna görə biz, şərhləri çat formasında əks etdirən yeni funksiyanı test edirik. Əgər kimsə sizin postunuza şərh bildirsə, sizin şərhinizə cavab versə və ya sizi hansısa posta tag etsə onda bununla bağlı bildiriş ekranın alt hissəsində çat formasında əks olunacaq. İstifadəçi istədiyi zaman həmin pəncərəni bağlaya və ya bildiriş bölməsini söndürə bilər” – deyə şirkət təmsilçisi bildirib. Bununla yanaşı şirkət yeni funksiyanın test rejiminin hansı ölkə istifadəçiləri üçün aktiv olduğunu bildirməyib. Bundan əlavə olaraq yeni funksiyanın neçə müddət test rejimində olacağı da məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər