Artıq WhatsApp-da da Snapchat xüsusiyyətləri istifadə oluna biləcək!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Daimi olaraq Snapchat tətbiqlərini özündə təqdim etməyə davam edən Facebook, bu səfər də WhatsApp üzərində yeni dəyişiklikliyə imza atıb
Snapchat Stories və Messenger Day kimi
xüsusiyyətlərin sonra, WhatsApp da oxşar bir variantda istifadəçilərə təqdim
olunacaq.
Status adı verilən yeni WhatsApp xüsusiyyəti,
söhbətləri və zənglər arasına yenilik əlavə edir. Beləki, seçdiyiniz insanlarla
foto və ya video paylaşmanıza imkan yaranacaq. Hələ təcrübi bir xüsusiyyət olan
Status, bu anda WhatsApp tətbiqinin beta versiyasında mövcuddur, lakin çatmaq
üçün cihazın rootlu və ya jailbreakli olması tələb olunur.
Eynilə Snapchat-da olduğu kimi WhatsApp
Status-da da visual görüntülər üzərində dəyişiklik edə bilir, yazı və ya emosiya əlavə edə bilirsiniz. Bundan əlavə videoları da bəzəyə, dəyişdirə bilərsiniz. Status'ta
hazırlanan bu görüntü və videolar təxminən 24 saat ərzində da varlıqlarını
davam etdirir.
Bu yeniliklər əslində bir müddətdir
WhatsApp-da mövcuddur, lakin kifayət qədər müxtəliflik təşkil etmirdi. Status
xüsusiyyətlərini nə vaxt rəsmi olaraq WhatsApp üzərində təqdim olunacağı
bilinmir. Amma görünüşə görə, Facebook Snapchat-dan əl çəkməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)