Win düyməsi təkcə Start açmaq üçün nəzərdə tutulan bir düymə deyil. Bu gün sizlərlə bu düymənin 22 maraqlı funksiyası haqqında danışacıq.
1. Win - Start menyusunun aktiv etmək
2. Win + B - sistem treyində (ekranın sağ aşağı küncü) ikonu aktiv edərək, sağa və sola düymələri ilə treydə hərəkət etmək
3. Win + D - İş masasını göstərmək
4. Win + E - Mənim kompüterim qovluğunu açmaq
5. Win + F - Axtarışı aktiv etmək
6. Win + L - Kompüteri kilidə salmaq
7. Win + M - Bütün proqramları "Minimize" etmək
8. Win + P - Əlavə monitor yaxud proyektoru aktiv etmək
9. Win + R - "Run" komandasını aktiv etmək
10. Win + T - Qısayol panelini aktiv etmək (Ekranın sol aşağı küncü, Start menyusunun yanı)
11. Win + U - Xüsusi imkanlar panelini ekrana gətirmək
12. Win + X - Windows 8-də gizli Start menyusunu aktiv etmək
13. Win + Pause - Kompüterin göstəricilərini ekrana gətirmək
14. Win + F1 - Windows kömək ekranı
15. Win + 1,2,3 - Qısayol panelində müvafiq proqramı aktiv edir
16. Win + Shift + 1,2,3 - Qısayol panelində siçanın orta düyməsinin sıxılmasını əvəz edir.
17. Win + Alt + 1,2,3 - Eyni proqramın müxtəlif pəncərələrini tez dəyişmək imkanı.
18. Win + Yuxarı ox - Pəncərəni bütün ekran ölçüsündə etmək
19. Win + Aşağı ox - Minimize olmuş pəncərəni ekrana çıxartmaq
20. Win + Sola yaxud sağa ox - Pəncərəni ekranın sağ ya sol tərəfinə sıxmaq
21. Win + Shift + Sağa yaxud sola ox - Pənrəcəni sağdakı yaxud soldakı monitora keçirtmək
22. Win + Space - İş masasına heç bir pəncərəni bağlamadan nəzərat etmək
Şərh yoxdur