Artıq istifadəçilər PC vasitəsilə Telegram üzərindən Prisma-nı istifadə edə bilərlər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məşhur fotoservis Prisma-nın yaradıcıları Telegram
messengeri üçün maraqlı bot təqdim ediblər (botu bu linkdən yükləyə bilərsiniz). Həmin bot sayəsində
fotoları Prisma-nı mobil cihaza yükləmədən editləmək mümkündür. Bot Telegram-ın
həm mobil tətbiqində həmdəki web versiyasında aktivdir. İstifadəçi ilk öncə bot
tərəfindən təqdim olunan effektlərdən birini seçir və fotosunu göndərir. Bot isə
bir neçə saniyə ərzində editlənmiş fotonu istifadəçiyə geri göndərir.
Hal-hazırda Telegram üçün tətbiq olunan bu funksiya beta-test rejimində olduğu
üçün bot stabil işləməyə bilər. Lakin bu problemlərin aradan qaldırılması üzərində
işlər artıq gedir. Qeyd edək ki, 11 İyun 2016-cı il tarixində təqdim olunmuş
Prisma tətbiqi ilk öncə IOS platforması üçün aktiv idi. Lakin keçən həftədən
başlayaraq məşhur fotoservis Android platforması üçün də aktiv olmuşdur. Bir
neçə müddət bundan öncə isə Telegram-a IconAIBot adlı bot əlavə edilmişdir. Bu
bot Prisma kimi fotoları editləmək funksiyasına sahibdir. Aradakı fərq isə
IconAIBot-un bu işi daha sürətlə görməsidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ