Artıq Play Store tətbiqi vasitəsilə Beta testlərinə qoşula bilərsiniz
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir çox Android istifadəçisinin iştirak etdiyi beta testlərinə artıq Google Play Store vasitəsilə qoşulmaq mümkündür.
Bildiyiniz kimi Android platformasındakı bir çox mobil tətbiqə gələn yeniliklər əsasən
Beta ya da Alfa dediyimiz test versiyaları vasitəsilə ortaya çıxır. Belə olduqda bu funksiyalardan daha tez xəbardar olmaq üçün beta test istifadəçisi olmaq lazımdır. Əvvəllər tətbiqin Google+ beta qrupuna daxil olmaq‚ daha sonra beta test istifadəçisi olmaq və tətbiqi yeniləmək lazım idi. Bunu əsasən komputer vasitəsilə edə biləyimiz və çox zəhmətli iş olduğu üçün çox adam istifadə etmirdi. Ancaq Google Play Store'a gələn 6.7.07.E yenilənməsi ilə artıq birbaşa Play Store vasitəsilə istədiyiniz tətbiqlərə beta test istifadəçisi kimi qoşula bilərsiniz.
Yuxarıda gördüyünüz nümunə kimi WhatsApp'ı göstərdiyim tətbiq səhifəsinə daxil olduqda artıq "Oxşar tətbiqlər" bölümünün altında "Become a tester " ya da "Test istifadəçisi ol" adlı bölüm əlavə olunub. "I'm in" seçdikdən bir neçə dəqiqə sonra test istifadəçisi olmaq mümkündür.
Daha sonra yuxarıda gördüyünüz kimi ilk öncə beta test istifadəçisi olmaq istəyinizin qeydə alındığı, bir neçə dəqiqə sonra beta test istifadəçisi olduğunuz bildirişi‚ Sil və Aç yazan butonların altında çıxır. Test istifadəçisi olduqdan sonra isə əgər yeni beta versiyası varsa "yenilə " seçərək artıq beta versiyasını istifadə etməyə başlayırsınız. Beləliklə beta versiyası olan bütün tətbiqlərdə sadəcə bir addımla beta istifadəçisi ola biləcəksiniz.
Bu funksiyadan istifadə etmək üçün Play Store tətbiqində Tənzimləmələr bölməsinin ən aşağısındakı versiya yazısına baxın‚ əgər 6.7.07.E deyilsə buradan APK formatında yükləyib cihazınıza quraşdıra bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ