Reklam
Artıq Play Store tətbiqi vasitəsilə Beta testlərinə qoşula bilərsiniz

Artıq Play Store tətbiqi vasitəsilə Beta testlərinə qoşula bilərsiniz

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir çox Android istifadəçisinin iştirak etdiyi beta testlərinə artıq Google Play Store vasitəsilə qoşulmaq mümkündür.

Bildiyiniz kimi Android platformasındakı bir çox mobil tətbiqə gələn yeniliklər əsasən
Beta ya da Alfa dediyimiz test versiyaları vasitəsilə ortaya çıxır. Belə olduqda bu funksiyalardan daha tez xəbardar olmaq üçün beta test istifadəçisi olmaq lazımdır. Əvvəllər tətbiqin Google+ beta qrupuna daxil olmaq‚ daha sonra beta test istifadəçisi olmaq və tətbiqi yeniləmək lazım idi. Bunu əsasən komputer vasitəsilə edə biləyimiz və çox zəhmətli iş olduğu üçün çox adam istifadə etmirdi. Ancaq Google Play Store\'a gələn 6.7.07.E yenilənməsi ilə artıq birbaşa Play Store vasitəsilə istədiyiniz tətbiqlərə beta test istifadəçisi kimi qoşula bilərsiniz.
 

Yuxarıda gördüyünüz nümunə kimi WhatsApp\'ı göstərdiyim tətbiq səhifəsinə daxil olduqda artıq "Oxşar tətbiqlər" bölümünün altında "Become a tester " ya da "Test istifadəçisi ol" adlı bölüm əlavə olunub. "I\'m in" seçdikdən bir neçə dəqiqə sonra test istifadəçisi olmaq mümkündür.
 


Daha sonra yuxarıda gördüyünüz kimi ilk öncə beta test istifadəçisi olmaq istəyinizin qeydə alındığı, bir neçə dəqiqə sonra beta test istifadəçisi olduğunuz bildirişi‚ Sil və Aç yazan butonların altında çıxır. Test istifadəçisi olduqdan sonra isə əgər yeni beta versiyası varsa "yenilə " seçərək artıq beta versiyasını istifadə etməyə başlayırsınız. Beləliklə beta versiyası olan bütün tətbiqlərdə sadəcə bir addımla beta istifadəçisi ola biləcəksiniz.

Bu funksiyadan istifadə etmək üçün Play Store tətbiqində Tənzimləmələr bölməsinin ən aşağısındakı versiya yazısına baxın‚ əgər 6.7.07.E deyilsə buradan APK formatında yükləyib cihazınıza quraşdıra bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×