main-post-cover

    Arxeoloqlar, 3-cü Reyx-ə aid naməlum sandıq tapdılar

    07.05.2017
    Farid Pardashunas

    Adıgey Respublikasındakı qazıntılar zamanı arxeoloqlar üzərində "Anenerbe” təşkilatının simvolu olan müəmmalı sandığa rast gəliblər.

    3-cü Reyx-ə aid olan "Anenerbe” təşkilatının simvolunun olduğu sandıqda isə qəribə məxluqların kəllə sümükləri aşkar edilib. "İki ədəd kəllə sümüyünü və sandığı mənə tədqiqatçı Vladimir Melikov göstərib. Arxeoloji tapıntılar Böyük Txaç adlı təbiət parkında aşkar edilib” – deyə Rusiya Coğrafi təşkilatın regional sədri İqor Oqay qeyd edib. O əlavə edib ki, tapılmış kəllə sümüklərində çənə, alın və boyun sümükləri yoxdur. Bununla belə kəllə sümüklərində onurğa sütunu üçün çıxıntılar var. Görünüşcə onlar yadplanetlilərin kəllə sümüklərinə bənzəyirlər. "Mən, kəllə sümüklərinin fotoları ilə bizim alimlərə müraciət etdim. Lakin onlardan lazımi cavab ala bilmədim. Sözügedən tapıntıları daha diqqətlə müşahidə etmək lazımdır” – deyə İqor Oqay bildirib. Oqay həmçinin qeyd edib ki, vaxtı ikən "Anenerbe” təşkilatının nümayəndələri, arxeoloji, tarixi və fövqi-təbii artefaktlarla maraqlanırdılar. Belə bir versiya var ki, İkinci Dünya Müharibəsi dövründə təşkilat, Şimali Qafqaz dağlarında qədim sivilizasiyaların axtarış tədqiqatlarını aparırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər