main-post-cover

    Asteroid qırıntıları türk vətəndaşlarını varlı edib

    07.05.2017
    Farid Pardashunas
    Türkiyə ərazisinə düşmüş asteroid qırıntıları yerli vətəndaşları varlı edib. Həmin qırıntılara tələbat çox olub. İndi isə qırıntıların axtarışlarına yerli vətəndaşlardan başqa digər gəlmə vətəndaşlar da qoşulublar. 2 sentyabr tarixində Bingöl vilayətində yerləşən Sarıçiçek kəndindən uzaq olmayan bir ərazidə meteor yağışı baş vermişdi. Yer kürəsinin asteroid qurşağının ən böyük asteroidlərindən biri olan 4 Vesta-nın qırıntıları həmin əraziyə düşmüşdür. Ceres cırtdan planet hesab edilməmişdən qabaq Vesta ölçü baxımından Ceres və Pallas-dan sonra üçüncü yeri tuturdu. Həcmcə isə o yalnız Ceres-dən sonra gələrək ikinci yeri tuturdu. 4 Vesta yeganə asteroiddir ki, aydın gecə vaxtı onu Yer kürəsindən ölçüsünə və səthinin parlaqlığına görə adi gözlə görmək olar. Həmçinin bu asteroid Yer kürəsinə 177 milyon kilometr məsafəyə yaxınlaşa bilir. 
     
    Sözügedən asteroidin qırıntıları Yer-ə düşəndən sonra yerli sakinlər onları yığaraq alimlərə və kolleksiyaçılara satmağa başlayıblar. Bloomberg-in verdiyi məlumata görə alıcıların əksəriyyəti Almaniya, Fransa, İsveçrə və Rusiya vətəndaşlarıdır. Asteroidin qırıntısının 1 qramm-ı isə $60 civarındadır. İndiyənə kimi həmin ərazidə tapılmış ən böyük qırıntının çəkisi isə 1.5 kq-dır. Kənd sakinləri artıq qırıntıın satışından $350.000 qazanıblar. Bəziləri qazandıqları pulun hesabına özlərinə yeni avtomobil və ev alıblar. Buna baxmayaraq Türkiyə Höküməti asteroidin satışlarına görə vergi tələb etmək istəyirdi. Lakin yerli sakinlər bununla razılaşmadılar. Yerli sakinlər bu hadisəni "Tanrının hədiyyəsi" kimi qiymətləndirirlər. Bu yaxınlarda isə həmin axtarışlara 40-a yaxın Suriya qaçqın ailəsi də qoşulub. Onların sözlərinə görə bu qırıntılardan əldə olunacaq pulların hesabına onlar öz doğma vətənlərində özləri üçün yeni ev tikə biləcəklər. 

    Linki kopyala