main-post-cover

    Asteroid Yer kürəsinin yaxınlığından keçəcək

    07.05.2017
    Farid Pardashunas
    Nisbətən böyük asteroid 31 oktyabr tarixində Yer kürəsinin yaxınlığından keçəcək. NASA mütəxəssisləri asteroidi qısa zaman bundan öncə aşkarlayıblar. 31 oktyabr tarixində planetimizin yaxınlığından keçəcək asteroidə 2015 TB145 adı verilib. Asteroidi 3 həftə bundan qabaq Havay adalarında yerləşən Pan-STARRS I teleskopu aşkar edib. 2015 TB145 asteroidi saniyədə 35 kilometr sürətlə bilinməyən traektoriya üzrə hərəkət edir. Onun diametri 290-620 metr təşkil edir. Bu orta göstəricidir. 31 oktyabr tarixində 2015 TB145 asteroidi Yer kürəsinə daha yaxın məsafədə (499.000 km 1.3 ay məsafəsi ) olacaq. Bu cür hadisə daha əvvəl 2006-cı ildə müşahidə edilmişdir. Onda asteroid Yer kürəsindən 1 ay məsafəsində idi. Buna oxşar hadisənin 2027-ci ilə kimi olmayacağı gözlənilir. NASA mütəxəssislərinin sözlərinə görə bu cür məsafələrdə asteroidlər hər gün Yer kürəsinin yanından keçir. Hələki məlum olan heç bir asteroid indi və gələcəkdə Yer kürəsi üçün təhlükə yaratmayacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər