Asus Zenfone 2 Deluxe 256GB yaddaş ilə gələcək!

Asus Zenfone 2 Deluxe 256GB yaddaş ilə gələcək!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple İphone`u 128GB modeli ilə düzəltməyə başlayanda media tərəfindən çox mənasız bir hərəkət kimi təsvir edilirdi. Çünki o vaxtlar 16GB-lıq yaddaşı belə doldurmağa çətinlik çəkənlər var idi. Ancaq dövr dəyişdiyindən və telefonumuzdakı faylların keyfiyyəti və təbii olaraq ölçüsü də artdığından, daha çox yaddaşa da tələbat yaranır. Hətta smartfon sektorunda liderlərdən olan Samsung şirkəti də artıq öz telefonlarını 16GB yaddaş ilə istehsal etmir.


Yenə də, bu işin mütəxəssisləri orta bir smartfon istifadəçisinin, markadan və sistemdən asılı olmayaraq, maksimum 32GB yaddaş ilə tam kifayətlənə biləcəyini deyir. Bəs onda niyə Samsung, Apple, LG kimi firmalar öz telefonlarını 64, 128GB kimi yaddaş seçimləri ilə istehsal edib özlərinə əlavə xərc yaradırlar? Çünki bəzi insanlar telefonlarında onlarla tam həcmdə film saxlayıb sonra baxmağı sevir. Bəzi insanlar isə iş ilə əlaqədar olaraq çox böyük həcmli faylları telefonlarında daşımağa məcbur olurlar. Digər insanlar isə, sadəcə olaraq telefona nə yükləsin yükləsinlər yaddaşı doldurmağın mümkün olmamasının verdiyi azadlığı sevir.



Asus isə öz yeni telefonu ilə bu azadlıq hissini bir pillə də irəliyə daşımaq istəyir. Belə ki, Asus`un ən son telefonu Zenfone 2`nin Braziliyada satışa təqdim olunan yeni "Deluxe” adlı modelində 256GB yaddaş daxil edib. Telefon öz əkizləri ilə daxili cəhətdən tamamilə eynidir, yalnızca yaddaş seçiminin belə üstün olması ilə fərqlənir.




Və əgər sən 256GB yaddaşın da bəs olmayacağını düşünürsənsə, məncə köməyə ehtiyyacın var.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


CIA 'nin insanları dəhşətə gətirən proqramı - MKULTRA

   Hər birimizin ABŞ-ın əsas orqanlarından biri olan CİA haqqında kifayət qədər m..

×