main-post-cover

    Asus ZenFone 3 6 GB RAM ilə gələ bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Asus ZenFone 3’ün tanıtımına sadəcə 3 gün qaldı və tanıtımından əvvəl yeni teaser yayımlanıb.

    30 Mayda təqdim olunması gözlənilən ZenFone 3 üçün yayımlanan teaser görüntüdə 6 rəqəmi var. Bu rəqəm ilə şirkətin telefonun RAM’ına işarə verdiyi deyilir. Asus keçən il 4GB RAM’a sahib ilk ağıllı telefonunu təqdim etmişdi. Buna görə də yeni modelin 6GB RAM ilə gəlməsi məntiqli fikir ola bilər. Eyni zamanda yeni ağıllı telefon Zenfone 3,  Zenfone 3 Deluxe və Zenfone 3 Max olmaqla ən az 3 versiyasda təqdim olunacaq.

    Asus ZenFone 3’ün indiyə qədər iddia edilən xüsusiyyətlərinə 128GB daxili yaddaş, 4/6GB RAM və ən yeni Snapdragon 820 prosessor daxil idi. Həmçinin telefonun 5.5 düym diaqonal Full HD ekranla gəlməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər