AT&T bütün müştərilərini dövlətə satıb!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ-ın ən böyük telekommunikasiya operatorlarından olan AT&T, müştərilərinə aid bütün məlumatları, dövlətin kəşfiyyat orqanlarına milyonlarla dollar qarşılığında satıb.
ABŞ bugünlərdə çox böyük skandal ilə sarsılacaq. Belə ki,Time Warner-ı 85 milyard dollara satın alaraq dünyanın ən güclü media şirkətinə
çevrilən AT&T-nin böyük dəyər itirərək, iflasını belə açıqlatdıra biləcək
bir skandalda adı keçir.
AT&T-dən sızan bəzi sənədlərə görə, nəhəng
telekommunikasiya şirkətinin bütün müştəri məlumat bazalarını, heç bir məhkəmə qərarı
olmadan 2008-ci ildən bəri təhlükəsizlik orqanları ilə paylaşdığı və hətta bunu
ticarətə çevirdiyi və təhlükəsizlik güclərinin etmək istədikləri axtarış/filtr
prosesləri üçün dövlətdən hər il milyon dollarlara çıxan ödənişlər aldığı dəqiqləşdi.
Edward Snowden-ın ortaya çıxartdığı Prism skandalında
Apple, Google, Facebook, Twitter və Microsoft kimi Texnologiya şirkətlərinin,
dövlətin təzyiqi ilə öz serverlərini dövlət orqanlarına açdığı ortaya çıxmışdı.
Ancaq bu dəfə zorla deyil, biləvasitə ticarət məqsədli gəlir
əldə etmək üçün AT&T-nin bütün müştərilərini satdığı ortaya çıxdı. Üstəlik
sadəcə məhkəmə qərarı ilə əldə edilə bilinəcək bu məlumatların, sadə bir qəsəbə
şerifinə belə sonuna qədər açıq olduğunun üstü açıldı.
Təhlükəsizlik gücləri AT&T-nin məlumat bazasına daxil
olub, kimin kimlə nə vaxt, nə qədər müddət, necə əlaqə qurduğu kimi məlumatları
əldə edə bilər və beləliklə məhkəmə proseslərini sürətləndirə bilərlər. Bunun
qarşılığında da AT&T, dövlətlə qarşılıqlı razılaşmasına əsasən, təhlükəsizlik
güclərindən müəyyən məbləğlər tələb edir.
Skandalın ortaya çıxmasından sonra, AT&T müştərilərinin toplu olaraq abonəliklərini ləğv etdirib rəqib firmalara keçmələri gözlənilir.
İstehlakçı haqqları barədə şirkətin məhkəməyə düşəcəyi də gündəmdə olan məsələlərdəndir.
Üstəgəl AT&T tam da online TV xidməti DirectTV-ni
yayına açıb abonəlik toplamağa başlamaq üzrə ikən yaşanan bu skandal üzərinə
istifadəçikərin AT&T xidmətlərinə abonə olarkən iki dəfə düşünməsi
lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək