main-post-cover

    Avengers 2: Age of Ultron filminə görə aktyorların aldıqları qonorarlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Avengers 2: Age of Ultron" filmində baş rolları canlandırmış aktyorların filmə görə aldıqları qonorarlar bəlli olub. Gözlənildiyi kimi ən böyük qonorarı İron Man rolunu canlandırmış Robert Downer Jr. alıb. Onun gəliri 40 milyon dollar təşkil edib. İkinci yeri Black Widow rolunu canlandırmış aktrisa Scarlett Johansson tutub. Aktrisa filmə görə 20 milyon dollar alıb. Daha sonra 6.9 milyon dollarlıq gəlir ilə Captain America rolunu canlandırmış Chris Evans, 6.1 milyon dollarlıq gəlir ilə Hawkeye rolunu canlandırmış Jeremy Renner və 5.4 milyonluq dollarlıq gəlir ilə Thor rolunu canlandırmış Chris Hemsworth qərarlaşıb. Ən az qononarı isə Hulk rolunu canlandırmış aktyor Mark Ruffalo olub. Onun gəliri 2.8 milyon dollar təşkil edib. Qeyd edək ki, "Avengers 2: Age of Ultron" filmi bu ilin may ayında böyük ekranlara çıxaraq 1.4 milyard dollar gəlir gətirmişdir. Nəzərinizə çatdıraq ki, 3-cü film iki hissəyə ayrılacaq və birinci hissə 2018-ci ildə böyük ekranlara çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər