main-post-cover

    Avropa-da nəyə görə Silikon Vadi yoxdur və onu hansı səbəbdən yaratmaq çətindir?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir çox Avropa ölkələrində öz şəxsi "Silikon Vadisi”ni yaratmağa çalışan insanlar olur. Təəssüflər olsun ki, bu cür insanlar unudurlar ki, ABŞ-ın məşhur Silikon Vadisi təkcə texnoloji şirkətlərin yardımı ilə deyil, texnoloji innovasiyaları dəstəkləyən vençur kapitalı ilə yaradılmışdır. Əgər ABŞ və Avropanın investisiya mühitinə nəzər salsaq, onda Avropada Silikon Vadisinin yaradılması üçün problem yaradan 3 faktoru görə bilərik.
    Riskə getmək qorxusu
    shekil tag
    Bir neçə müddət öncə Amsterdamda keçirilmiş startap festivalında "Google”un keçmiş baş direktoru və "Alphabet” şirkətinin direktorlar şurasının sədri Eric Schmidt (Erik Şmidt) vacib bir fikir söyləmişdir. "Sahibkarlığın modeli mövcuddur. Həmin model risklərin, kapitalların və universitetlərə investisiyaların qəbulunu tələb edir. Həmçinin həmin universitetlərdən olan gənclərin dəlisov ideyalarını qəbul etməyi bacararaq onların ideyalarının ilkin mərhələsinin reallaşdırılması üçün imkanların təqdim olunmasını bacarmaq lazımdır” – deyə Erik Şmidt bildirmişdir.
    "Risklərin qəbul olunması” dedikdə nə nəzərdə tutulur? Gəlin Silikon Vadisinə nəzər salaq. Biz burada investorlar tərəfindən dəstəklənən bir çox gənc şirkətləri görə bilərik. İnvestorlar yalnız bir ideyanın reallaşdırılması üçün startapçılara maddi dəstək verirlər. Lakin belə hallarda təsisçilərin "B plan”ı olmur. Beləliklə əgər onların ideyaları uğurlu olmasa onda onlar külli miqdarda borca batacaqlar. Bunun altından çıxmaq isə çətin məsələdir. Avropada isə biznesi uğursuz insanların problem yaşamamaları üçün fəaliyyət göstərən çoxlu sayda sosial proqramlar var. Amerikalı startapçılar va-banka getmək məcburiyyətində qaldıqları halda Avropalılar çox rahat tərzdə yaşayırlar. Hər halda onlar çöldə qalmayacaqlar. Bunun müqabilində onlar amerikalı həmkarlarından daha az hallarda uğur qazanırlar.
    Səhv və uğursuzluqlara dözümsüzlük
    Amerika mədəniyyətində risk şərəfli xüsusiyyət hesab edilir. Riskin ardınca gələn uğursuzluq isə bağışlanır. Bir ne,ə dəfə uğursuzluq qazanıb daha sonra uğura imza atan insan ABŞ-da daha çox hörmətə sahib olacaq nəinki birinci dəfədən uğur qazanmış insan. Bir çox Avropa ölkələrində vəziyyət başqa cürdür. Burada uğursuzluq sanki bir ləkədir. Əgər Avropada gənc startapçı birinci biznesində uğursuzluq qazandısa bu o demək deyil ki, o acından öləcək. Lakin onun ikinci layihəsinə heç bir investor maddi dəstək verməyəcək. Bundan əlavə olaraq bir sıra Avropa ölkələrinin (əsas da Mərkəzi Avropa ölkələri) qanunvericiliyi qanunla problemləri olan insanların biznes qurmalarına qadağa qoyur. Söhbət yalnız maliyyə problemlərindən getmir. Çexiyanın "Y Soft” şirkətinin təsisçisi və baş direktoru Vatslav Mukna xatırlayır ki, 18 yaşında olarkən avtomobilə daxil olmuş arı ucbatından o qəzaya uğramışdı. Məhkəmə isə onu günahkar hesab etmişdir. Məhkəmənin qərarından sonra Çexiya qanunvericiliyi ona baş direktor vəzifəsini qadağan etmişdir. Bir neçə ildən sonra ondan günahların qaldırılması nəticəsində o yenə baş direktor vəzifəsinə qayıtmışdır. ABŞ-da bu cür sərhədlər yoxdur. Siz hətta birinci şirkətinizin müflisləşmə prosesini keçdiyi müddətdə belə ikinci bir şirkəti qura bilərsiniz.
    Əcnəbilərə qarşı dözümsüzlük
    Baxmayaraq ki, Avropa Birliyi, Avropa daxili biznesin yaradılması prosesini asanlaşdırmalıdır, yerli bazar ayrı-ayrı monopoliyaya sahib milli bazarların əlindədir. Bir çox ölkələrin milli qanunvericilikləri isə qonşularına qarşı lazımi səbri göstərmir. Məsələn Fransada yerli olmayan gənc şirkətlərin bazara çıxmaqlarını əngəlləyən qanunlar mövcuddur. Bu isə bir çox sahibkarları pis vəziyyətdə qoyur və ümumavropa texnoloji nəhənginin yaradılmasına mane olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər