main-post-cover

    Avropa Komissiyası Google barəsində yeni ittihamlar qaldırıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Avropa Komissiyası Google-a qarşı antimonopoliya işi üzrə yeni ittihamlar qaldırıb. Şirkətin cavab hazırlamaq üçün sentyabr ayına kimi vaxtı var. İstintaq çərçivəsində Google-a iki ittiham təqdim edilib. Onlardan biri internetdə axtarış təşkilatı üzrə davam edən istintaq məsələsi, digəri isə axtarış nəticələrinə reklamların yerləşdirilməsi üzrə antimonopoliya işi ilə bağlıdır. Avropa Komissiyası-nın hesablamalarına əsasən Google şirkəti informasiya axtarışı xidmətləri sahəsində Avropa bazarının 90%-ni tutur. Lakin ittihamlar bununla bağlı deyil. İttihamlar şirkətin öz xidmətlərindən suistifadə etməsinə əsasən tərtib olunub. Avropa Komissiyası-nın üzvü olan Margrethe Vestager-in fikrincə şirkət öz kommersiya tərəfdaşlarının reklamlarını axtarış nəticələri zamanı qəsdən təqdim edir. Bundan əlavə Vestager düşünür ki, Google axtarış nəticələri zamanı öz kommersiya tərəfdaşlarının reklamlarını yerləşdirərək həmin şirkətlərin saytlarındakı trafikin artmasına səbəb olur. Həmçinin Avropa Komissiyası internetdə flash reklamların yerləşdirilməsi rəqabəti üzrə də öz ittihamlarını əlavə edib. Komissiya-da olan məlumatlara əsasən Google istifadəçilərə öz reklam elanlarının minimal həcmini təqdim edərək texniki üsullar vasitəsilə rəqib şirkətlərin reklamlarına axtarış zamanı sərhəd qoyur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər