

Hər keçən gün texnologiya şirkətləri ilə hökümətlər arasında yaşanan vergi mübahisələrindən yeni birilərinə daha şahid oluruq. Hökümətlər şirkətləri vergi qaçırtmaq ilə günahlandırarkən, şirkətlər bu iddiaları qəbul etmir.
Bu vergi krizindən nəsibini alan son şirkət "Apple" oldu. Avropa Komissiyası, mərkəzi Cupertino-da yerləşən texnologiya nəhəngi "Apple"ı 13 milyard avro vergi cəzasına tabe tutdu. "Apple"a kəsilən bu cəzaya səbəb olaraq, İrlandiya höküməti ilə imzaladığı xüsusi razılıq göstərilir. Belə ki, İrlandiya hökümətinin "Apple"a təklif etdiyi elastik vergi şərtlərinin qanunsuz olduğunu bildirən komissiya, bu cəzanın iki tərəf arasındakı razılıq səbəbi ilə əksik alınan vergilərdən ibarət olduğunu ifadə edir.
Şərh yoxdur