Avropalıların 54%-i ödəniş etməzdən qabaq məhsulu qaytarmaq barədə fikirləşir
Tech-Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
Aparılan
sorğularda, Avropalıların yarıdan çoxu bildirir ki, onlar məhsul üçün ödəniş
etməzdən qabaq onu necə qaytara biləcəkləri barədə düşünürlər. Həmçinin, onlardan 27%-i əgər
qaytarılma xərcləri bahadırsa xaricdən alışveriş etmirlər. Eləcə də 23%-i qaytarılma
şərtləri aydın olmadıqda, o alışverişdən uzaq dayanırlar. Yeni standartlar göstərir
ki, Avropada pərakəndə ticarətdə, qaytarılma şərtləri barədə düzəldiləsi çox
şeylər var.
Sərhəddən kənar(xarici ölkələrə) çatdırılmalar üçün həllər təklif edən "B2C
Avropa”, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Belçika, İsveçrə,
Hollandiya və Almaniyada yaşayan 2400-dən çox insan arasında sorğu keçirdi.
Alınan məlumatları təhlil edərək, pərakəndə ticarətçilər üçün qaytarılma şərtlərini
daha da sadələşdirmək üçün bələdçi hazırlamışdır.
Bələdçidə bəzi
maraqlı faktlar vurğulanır. Dediyimiz kimi, bu sorğuda iştirak edən respondentlərin
də 50%-dən çoxu artıq məhsulu almamışdan, onu qaytarmaq haqqında düşünür. Həmçinin,
Avropalı alıcılar hələ də xarici alışveriş sistemlərindən online ticarət etməkdə
tərəddüd edirlər. Qaytarılma xərcləri
bahadırsa, müştərilərin 27%-i xaricdən alışveriş etmir. Və əgər qaytarılma şərtləri
onları qane etmirsə, 23%-i beynəlxalq saytlardan belə heç nə satın almır.
Aydın və sadə qaytarılma şərtləri
Xaricdən
daha çox alıcısının olmasını istəyən online pərakəndəçilər, öz qaytarılma şərtlərində
bəzi dəyişikliklərə getməlidirlər. Avropalı alıcıların çoxu beynəlxalq saytlardan
alışveriş edərkən ilk növbədə aldıqları məhsulları bəyənməsələr necə
qaytaracaqları və qaytarılma şərtləri barədə maraqlanırlar. B2C Avropa yazır ki : "Sadə və aydın qaytarılma prosesi
müştərilərdə ödədikləri pulu sığortaladıqları hissi yaradır və onlar xaricdən
alış-verişi seçə bilirlər.”
Avropada istehlakçıların gözləntiləri
Hesabatda
həmçinin istehlakçı gözləntiləri haqqında bəzi maraqlı qrafiklər göstərilir.
Məsələn
respondentlərin 60%-i, ödənişsiz (faiz tutulmadan) qaytarılma şərtini əslində
standart bir xidmət kimi görür. Demək olar ki, müştərilərin yarısı ödənişli
qaytarılmanı pul itkisi hesab edir və alternativ olaraq lokal mağazalardan
alışveriş etməyə üstünlük verir.
Qaytarılma
şərtləri haqqında daha sadə və aydın məlumat, İspaniya, Almaniya və İtaliyada
yaşayan istehlakçılar üçün xüsusilə vacibdir. Eləcə də İsveçrə və Almaniyada
bir çox istehlakçılar xaricdən alış-veriş üçün bir maneə kimi daha bahalı qaytarılma
şərtlərini nümunə gətirirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)